Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dahi fransız diplomatı Taleyran:“Heç nəyə dəyməyən, amma böyük gəlir gətirən yeganə yatırım yaltaqlıqdır” – Aforizmlər

Şarl Moris de Taleyran-Periqor

 

Yenixeber.org: Amerika günbəgün güclənir. O, böyük bir qüvvəyə çevriləcək və bizim işlərimizə dair öz sözünü Avropanın üzünə demək istəyəcəyi məqam yetəcək və əlini bunun üzərinə qoyacaq. Amerikanın Avropaya gələcəyi gün sülh və təhlükləsizlik buradan uzun müddətə didərgin düşəcək.

 

Heç nəyə dəyməyən, amma böyük gəlir gətirən yeganə yatırım yaltaqlıqdır.

 

Taleyə inanmaq – özünə inanmamaq deməkdir.

 

Söz – qılıncdır.

 

Siyasətdə əqidə yoxdur, şəraitlər var.

 

Gərəkli adamları gərəkən yerlərə qoymaq – idarəçilik elminin başlanğıcıdır, amma narazılar üçün yer tapmaq hamısından daha çətindir.

 

Qanunları zorlamaq olar, onlar bağırmır.

 

Siyasət – vur-tut, xalqı elə şəkildə həyəcana gətirməkdir ki, ondan istifadə etməyi bacarasan.

 

Böhtandan daha qorxulu silah var: bu silah həqiqətdir.

 

Bəzi vəzifələr sərt qayalara bənzəyir: ona ya qartallar, ya da sürünənlər qalxa bilər.

 

Xalq öz hökmdarına layiqdir.

 

Bu dünyada uğur üçün ağıllı adamı görməkdənsə kimin axmaq olduğunu bəsirətlə anlamağı bacarmaq xeyli önəmlidir.

 

Dövlət işlərini yönəltmək hünəri qaçılmazı öncədən görmək və onun həyata keçməsinə şərait yaratmaqdan ibarətdir.

 

Şöhrət sevgisi yalnız böyük qəhrəman yarada bilər, şöhrətə nifrət böyük insan yaradır.

 

Danışıq bacarığı insana ona görə verilib ki, öz düşüncələrini gizlətsin.

 

Uzun don yerişə kömək olmadığı kimi uzun nitq də işləri yeritmir.

Xalq həmişə qızğınlıqla nəyəsə inanmağın həsrətindədirsə, onun xeyri naminə faktları bilə-bilə təhrif etməkdən asan heç nə yoxdur.

 

Hər şeydən qabaq – gərəksiz heç bir ruh yüksəkliyi.

 

Biz ancaq özünə iananlara inanırıq.

 

Yüksəlmək istəyirsinizsə, özünüzə düşmən qazanın.

 

Vəd ona görə yaxşıdır ki, ondan həmişə imtina etmək olar.

 

Nikah elə möcüzəli şeydir ki, ömür boyu haqqında düşünmək lazımdır.

 

Evli adam pul xatirinə hər şeyə hazırdır.

 

Qadınlarn ayağının yanında, dizinin üstündə  olmaq olar… Amma bircə əlində deyil…

 

O qadın tamamilə dözülməzdir, amma bu onun yeganə qüsurudur.

 

Mücərrəd danışsaq, qadınlar bizimlə bərabər hüquqlara malikdirlər, amma bu hüquqlardan istifadə onların marağında deyil.

 

İlk niyyətə etibar etməyin, o, demək olar, həmişə mərdcəsinədir.

 

Heç vaxt tələsməyin və vaxtında çatacaqsınız.

 

Hər şeydən qabaq – kasıb olmamaq.

 

Yaxşı diplomat öz nitqlərini improvizə edir və ciddi-cəhdlə öz susmağını hazırlayır.

 

Diplomatın beynəlxalq konfransdan sonra görəcəyi ilk iş qaraciyəri ala-babat müalicə etdirməkdir.

 

Adamlar bir-birini həmişə anlasaydılar, ümumdünya tarixi olmazdı.

 

Yeganə düzgün prinsip heç bir prinsipə malik olmamaqdır.

 

Mən möminəm – birincisi, yepiskop Otenli olduğuma görə, ikincisi, çünki bütün bunlardan heç nə anlamıram.

 

Gənc diplomata: Necə, siz vist (kart oyunu-red.) oynamırsınız? İlahi, siz özünüzə necə də qüssəli bir qocalıq hazırlayırsınız!

 

Hakimiyyətdən ayrılmaqdan daha acınacaqlı vidalaşma yoxdur.

 

Xalqın əxlaqı qarışıq dövrlərdə çox vaxt axmaqcasına olur, amma kütlənin əxlaqı ciddidir – hətta bu kütlə bütün qüsurlara yiyələnəndə də.  

 

Siyasi bərabərlik ruhu üstünlüyə can atmaqdan doğulur.

 

Bir fransız siyasətçisi haqda: o, bərabərliyi insansevərliyindən deyil, başqalarının hakimiyyətinə amansız nifrət ucbatından təbliğ edir.

 

Napoleonun Rusiya yürüşü barədə: bu, sonun başlanğıcıdır.

 

Yalnız kralların və xoşqeyrətlərin bağışlamaq hüququ var.

 

Mənim fikrimi bölüşməyən adamları bağışlayıram, amma öz fikrini bölüşməyənləri bağışlamıram.

 

Qadınlar şəraitdən istifadə edənləri bəzən bağışlayırlar, amma bundan istifadə etməyənləri heç vaxt bağışlamırlar.

 

Çoxlu pul sahibi olmaq üçün çox ağıllı deyil, vicdana malik olmaq lazım deyil.

 

Xəyanət – zaman məsələsdir. Vaxtında xəyanət etmək – gələcəyi görmək deməkdir.

 

Səbir danışıqlar sənətində ilk prinsiplərdən biri olmalıdr.

 

Həyatımızın ilk illərinin necə keçməsi bütün ömrümüzə təsir edir.

 

Bəzi adamlara (variant: Napoleona) bir az tənbəllik sıçradan şəxs bəşəriyyətin xilaskarı olardı.

 

Burbonların gözləri boyunlarındadır və dala baxırlar.

 

Qətlə yetirmək – Rusiyada tətbiq edilən taxtdan devirmək üsuludur.

 

Tərcümə (Strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam