Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dao texnikasının təlimçisi -Çalışan analar üçün vacib məsləhətlər - FOTO

Dao texnikasının təlimçisi -

 

 

Müasir həyatda azərbaycan qadınının karyera və xoşbəxtliyinin birgə vəhdətinin təşkili barədə növbəti maraqlı mövzu “Active Mom`s Club” analar cəmiyyətinin  faydalı səhər yeməyində geniş müzakirə olundu

 

Yenixeber.org: Görüşdə “Dao: Biznesdə və şəxsi həyatda uğurlar”  mövzusu ətrafında həyatımızı asan şəkildə yoluna qoymaq və bundan zövq almaq üçün səmimi məsləhətlər səsləndi. Seminarın aparıcısı, həyat kouçu, Dao texnikasının təlimçisi Leyla Məhərrəmova karyeranı və şəxsi həyatı birləşdirməyin, xoşbəxt olmağa gedən yolda yaranan  bütün maneələri aradan qaldırmağın sirlərini açdı.

Seminarda səslənən məsləhətlərin bir qismini sizinlə bölüşürük:

Reallıqla harmoniyada olun!

Rahatlayın və təbii axınla tarazlığı əldə edin. Bu, reallıqdan, həyəcandan, xəstəlikdən, narahatlıq və qorxulardan uzaqlaşmağa, sevginin, harmoniyanın dolu olduğu dünyanı tapmağa kömək edəcək. Həyatın sonsuz axınına inanan kəslər xoşbəxtliyi və azadlığı əldə etmiş olacaq. Vaxt gələcək, məqsədlər artıq özləri həyata keçəcəklər.

Daxili dünya ilə ahəngdə olmaq!

Qadın -  müsbət enerji ilə dolu qadın harmoniyaya cəmlənib.  O, özünü sakit yaşamağı öyrədib, balansı taparaq öz daxili dünyası ilə, qəlbi ilə dil tapır. Özünlə harmoniyada olmaq çox vacibdir. Dao təliminə görə, yalnız onda xoşbəxt olmaq mümkündür.

Özünüzü dəyişin və xoşbəxt olun!

Görüşün əsas açarı bu hissə oldu. Özümüzdən başqa heç kimi dəyişmirik. Özümüzlə işləyirik, dəyişirik. Bu halda ətrafımız da, bizim ona münasibətimiz də  yenidən doğulur. Özünüzü təkmilləşdirin, lakin heç kimi təkrar etməyin. Başqa bir insana çevrildiyinizi hiss etdiyiniz anda siz dəyişirsiniz.  

Stereotiplərdən uzaq durun!

Müvəffəqiyyət və mükəmməlliyə can atmaq insanda var. Lakin çox vaxt bunu unudaraq o başqalarının fikrini özününkündən uca tutur. DAO insanda özünə güvəni, özünü dinləməyi, stereotiplərə aldanmamağı öyrədir. Öz sonsuz imkanlarına inanmağın vacibliyini göstərir. Həmçinin ən böyük xəyalınızı xatırlayaraq, uşaqlarınızın istedadlarına və istəklərinə əhəmiyyət verərək onları dəstəkləməyinizi öyrədir.

Özünüzü sevin!

Xoşbəxt və uğurlu insan olmaq üçün ilk növbədə özünüzü sevin. Hətta özünüzü hamıdan daha çox sevin. Sizi narahat edəcək, rahatlığınızı pozacaq, enerjinizə təsir edəcək kompromislərə razı olmayın.  Özünüzü böyük sevgi ilə sevin. Və bu sizdə ailənizə, yaxınlarınıza bəs edəcək müsbət enerji yaradacaq. 

Heç bir şeyə əyilməyin!

Dao hər hansı bir əyilməyə qarşıdır. İlk növbədə harmoniya və balans axtarın. Elastik və yumşaq olun.

Neqativ emosiyaları saxlamayın!

Emosiyalar insanın həyatına təsir edir. Neqativ emosiyaları özünüzdə  "saxlamayın", onlar nəticələrlə doludur. Onlar orqanizmdə saxlanılırlar və onları xəstəliyə yoluxdururlar.  Hər şeydə müsbət tərəf görməyi öyrənin və hər vəziyyəti öz lehinizə çevirin. Öz sağlamlığınızı qoruyun. Həyatın təməli odur.  

Faydalı səhər yeməyi barədə qonaqların düşüncələri:

Arifə Ələkbərova. “Gələcək nəsil” valideyn klubunun təsisçisi, 3 övladı, 7 nəvəsi var.

“Diqqət etdim, səhər yeməyinə daha çox karyerasında irəliyə getmiş, ailədə uğur əldə etmiş, sevilən həyat yoldaşı və qayğıkeş analar iştirak edir. Onlar bu çətin balansı qoruyub saxlaya bilirlər. Bu cür təlimlər təcrübə və fikir bölüşmək baxımından çox dəyərlidir. İnanıram ki, gələcəkdə daha çox insan təlimlərdə iştirak edəcək. Görüşlər həyati əhəmiyyət daşıyan bilikləri ortaya qoyur”.

Nigar İbadzadə. “İncəbelli” şirkətinin təsisçisi, 2 övlad anası. 

“Belə görüşlər daima axtarışda olan, maraqlı, inkişaf etmək istəyən insanlar tərəfindən çox yüksək dəyərləndirilir. Belə xanımlarla söhbət etmək, iş və həyati təcrübələri bölüşmək ancaq zövq verir”.

Səbinə Məmmədli. “ Buroka Technology” şirkətinin ortağı, 2 övlad anası.

“Analar cəmiyyəti insana rahatlıq verir. Mənə analarla birlikdə olmaq xoşdur. Burda qeyri rəsmi şəraitdə rahat olmaqla yanaşı, vacib suallara cavab da tapırıq.  Bu mühüm görüşdə öyrəndiyim şeyləri başqa heç yerdə öyrənə bilməzdim”.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam