Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakıda 16 yaşlı qızı evləndirmək istədilər -Qarşısı alındı...

Fevralın 28-də Bakı kəndlərinin birində 16 yaşlı qızın toy mərasiminin baş tutacağı barədə məlumat yayılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da məlumat verilib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yaxın bir qohumun məlumatı əsasında növbəti erkən nikahın qarşısı alınıb:

“Toy 28 fevralda Bakı kəndlərinin birində baş tutacaqdı. Amma mərasim qızın 18 yaşı tamam olana qədər təxirə salındı. Ata yalan məlumat verərək diqqəti yayındırmaq istəsə də, bu cəhdi alınmadı, öz qızının gələcəyini düşünməyən ata ikinci dəfə qanun pozuntusu etmiş oldu. Məlumatı təqdim edən və onun araşdırılmasına köməklik göstərən Azərbaycan Uşaqlar Birliyinin sədrinə, operativ olaraq qarşısının alınmasını təmin edən Sabunçu Rayon İcra Hakimiyyətinə fakta həssaslıqla yanaşan hər kəsə təşəkkür edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam