Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Təhlükəsizlik kameraları niyə quraşdırılmalıdır? –DİN açıqladı

 

Ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma faizi 70-80 faiz təşkil edir. Bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenixeber.org-a verilən məlumata əsasən, DİN tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi tövsiyə olunur.

Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir. Bunu nəzərə alaraq, hər bir şəxs bilməlidir ki, kameraların olması həm də hansısa əmlakın talanma cəhdində çəkindirici, mane vasitədir. Çünki oğrular hədəf seçərkən əvvəlcə müşahidə kameralarının mövcudluğunu öyrənir.

Təhlükəsizilik kameraları təkcə mülkiyyət cinayətlərinin deyil, ətrafda müşahidə olunan neqativ halların vaxtında aradan qaldırılmasında faydalı vasitədir.

Bir daha vətəndaşlardan xahiş edirik ki, kameralaşma işinin təşkilinə diqqətlə yanaşsınlar, əmlakın mühafizəsində kameranın profilaktik əhəmiyyətini nəzərə alsınlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam