Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sumqayıt Tibb Mərkəzinin yeni direktoru Elnur Azadxanov kimdir? - DOSYE

Sumqayıt Tibb Mərkəzinin yeni direktoru kollektivə təqdim olundu - DOSYE

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanovu kollektivə təqdim edib.

Yenixeber.org: Təqdimat mərasimində çıxış edən Araz Nəsirov Elnur Azadxanovun səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərdiyini bildirib.

E.Azadxanov tibb müəssisəsində xidmət keyfiyyətinin artırılması, qarşıya qoyulan hədəflərə nail olmaq üçün səylə çalışacağına söz verib.

Qeyd edək ki, E.Azadxanov 1976-cı ildə Cəlilabad rayonunun Prişib (indiki Göytəpə) şəhərində doğulub.

O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2006-ci ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə klinik ordinaturanı bitirib, 2010-cu ildə Türkiyə Cümhuriyyəti Fırat Universiteti Tibb Fakültəsinin “Kardiyoloji Araştırma ve Uygulama Merkezi”ndə invaziv kardiologiya üzrə ixtisaslaşma təhsili alıb.

Mərkəzin yeni direktoru 2000-2002-ci illərdə Tərtər-Ağdərə istiqamətində “N” saylı hərbi hissədə həkim kimi hərbi xidmətdə olub. 2003-2005-ci illərdə Cəlilabad rayonunun Göytəpə şəhərindəki Uşaq Xəstəxanasında həkim-pediatr, 2007-2011-ci illərdə Göytəpə şəhərindəki xəstəxanada həkim-terapevt, 2011-2020-ci illərdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində Poliklinika şöbəsinin müdiri, həkim-kardioloq vəzifəsində çalışıb.

O, 2020-ci ilin fevral ayında Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, mart ayında isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.

E.Azadxanov Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 18 iyun 2693 nömrəli sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam