Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Agentliyin 2024-cü il üzrə müsabiqələrinə neçə layihə verilib? -AÇIQLANDI

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə qrant müsabiqələrinə müraciət başa çatıb.

Agentlikdən Yenixeber.org-a verilən məlumata görə, qrant müsabiqələrində yüksək fəallıq qeydə alınıb. Layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb.

Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.

Bölgü bu şəkildə formalaşıb:

Kiçik qrant müsabiqəsi - 532 layihə;

Orta qrant müsabiqəsi - 147 layihə;

Böyük qrant müsabiqəsi - 75 layihə.


Agentlik bildirib ki, yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək. Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq.

Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam