Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İki nüfuzlu məmur arasında nə baş verir?-“Güc nümayiş etdirir…”

İki nüfuzlu məmur arasında nə baş verir?-“Güc nümayiş etdirir…”
Yenixeber.org: Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən nazirlikdə aparılan islahatlar çərçivəsində bir sıra gənclər təşkilatlarının icra etdiyi layihələrin ciddi şəkildə araşdırılması və aşkarlanan pozuntuların aradan qaldırılması üçün ortaya prinspial iradənin qoyulması uzun illərdir gənclər siyasəti sahəsində adı müxtəlif qalmaqallarda hallanan bəzi şəxsləri möhkəm narahat edib. Narahat olan və qəzəblənən şəxslər arasında hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Şahin Seyidzadə də var. Çünki nazirlikdə yeni komanda tərəfindən aparılan audit yoxlamaları zamanı Şahin Seyidzadənin bir zamanlar rəhbərlik etdiyi, daha sonra isə dəstəklədiyi bir sıra böyük gənclər təşkilatlarının layihələrinin icrasında ciddi pozuntular aşkar edilib. Bütün təzyiqlərə baxmayaraq, nazir Fərid Qayıbov dövlət büdcəsinə dəyən zərərin ödənilməsini təmin etdiyi üçün onun bu davranışları Şahin Seyidzadəni hiddətləndirib”.

Bu barədə informasiyanı redaksiyamıza məlumatlı mənbələr verib. Mənbənin iddiasına görə, elə bunun nəticəsidir ki, Şahin Seyidzadə nazir Fərid Qayıbov tərəfindən işdən azad edilən bir sıra şəxsləri dərhal rəhbərlik etdiyi Qoruq İdarəsində işə təyin edir: “Nazir tərəfindən adı müxtəlif qalmaqallarda hallandığı, gənclər siyasəti sahəsində mənfi reputasiyaya malik olduğu üçün vəzifədən azad edilən keçmiş nazir müavini İntiqam Babayev olmaqla, nazirliyin bir sıra vəzifəli şəxsləri dərhal sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yüksək postlara irəli çəkiliblər. Dövlət Qoruğu sanki “cərimə meydançası”na çevrilib. Azərbaycan reallığında belə nümunələrə çox nadir rast gəlinir. Bununla Şahin Seyidzadə həm keçmiş ortaqlarına sahib çıxır, həm də nazir Fərid Qayıbova güc nümayiş etdirir”.

Qeyd olunan iddialarla bağlı tərəflərin mövqeyini də dərc edə bilərik.(Editor.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam