Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Nar” Bayraq Günü münasibətilə -“Cümhuriyyət bayrağı” kitabını nəşr etdi

 

“Nar” tariximizin ən şanlı səhifələri olan Zəfər və Bayraq Günü münasibətilə xalqımızı təbrik edir və Zəfər Gününün üçrəngli nişanəsi olan bayrağımızın tarixindən bəhs edən “Cümhuriyyət bayrağı” kitabını nəşr edib.

Yenixeber.org xəbər verir  ki, bayraq günü münasibətilə çap olunan kitab Cümhuriyyət dövründən tutmuş, müzəffər ordumuzun Qarabağa bayrağımızı sancmasına qədərki tarixindən bəhs edir. 

Milli mənliyimizi ifadə edən bayrağımızın müasir dövr ilə yanaşı, Cümhuriyyət və mühacirət illərinə aid mühüm fotoşəkillər və sənədlərinin də yer aldığı kitabın müəllifi məşhur araşdırmaçı-yazar Dilqəm Əhməddir.

Həmçinin, kitaba olan marağı nəzərə alaraq, “Nar”ın sosial media səhifəsində müsabiqə keçirilir: Bayrağımızın 105-ci ildönümü münasibətilə təqdim olunan suallara cavab verən sosial şəbəkə istifadəçilərinə “Nar” “Cümhuriyyət Bayrağı” kitabını hədiyyə edir. 

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam