Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ödənişli yolda sürət şousu -Saatda 230-la sürürlər - Fotolar

 

Yenicə açılmış Bakı-Quba-Rusiya Federasiyası yolundan nəqliyyat vasitələrinin hələlik az istifadə etməsi və bu yolda radarların hələ ki quraşdırılmaması sürət həvəskarlarının bu yola axınına səbəb olub.

Yenixeber.org xəbər verir ki, son günlərdə ödənişli yolda avtomobilini saatda 200 kilometr və daha artıq sürətlə idarə edən şəxslər spidometrin şəklini çəkərək paylaşırlar. Bundan başqa Bakıda motosikletlə yarışmağa uyğun yer tapa bilməyən moto həvəskarlarının da ödənişli yola axını müşahidə edilir. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılır.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycanda magistral yollarda maksimal sürətin 110 km/saat təyin olunduğunu açıqlayıb. Təyin edilmiş sürəti keçənlər isə inzibati məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat məbləğində cərimə cəzası tətbiq edilir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam