Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Naxçıvanda “44 gün -Tarixi zəfər” ensiklopedik toplunun növbəti təqdimatı oldu –FOTOLAR

 

Oktyabrın 19-da Naxçıvan şəhəri Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün -Tarixi zəfər” ensiklopedik toplunun 1 və 2-ci cildinin təqdimatı keçirildi.

Yenixeber.org: Kitabın 1-ci cildində 44 günlük Vətən Müharibəsi Şəhidləri ilə yanaşı, 2016-cı il aprelində və Tovuz döyüşlərində həlak olan qəhrəman oğullarımızın da məlumatları yer alıb. İlk öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Himni səsləndirilib.

Aparıcı Səyyad Məmmədov tədbiri açıq elan edərək sözü Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədovaya verdi. O, bildirdi ki, son günlər Azərbaycanın apardığı antiterror əməliyyatı nəticəsində tarixi ədalət bərpa olundu. Artıq bu antiterror nəticəsində şanlı ordumuz Xankəndi də daxil olmaqla, Ağdərəyə, Xocalıya, Əskərana və digər ərazilərimizə nəzarət edir. Nəzakət xanım Qələbə qazanan şəhidlərimizin və qazilərimizin heç vaxt unudulmayacağını və gələcək nəsillər tərəfindən hörmət və ehtiramla yad ediləcəyini vurğuladı.

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova daha sonra ”Xatirə Kitabının” mahiyyəti, gördüyü işlər barədə məlumat verdi.  

“Xatirə Kitabı” Azərbaycanda yeganə redaksiyadır ki, dövlət tərəfindən maliyyləşərək İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımız, eləcə də Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edərək, ictimaiyyətin ixtiyarına verib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yaranan redaksiya bu günə qədər öz fəaliyyətini əzmlə davam etdirir.

Respublika Xatirə Kitabı Redaksiyası eyni zamanda "Bakı Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Vətən müharibəsində həlak olan döyüşçülərimizin həyatı, onların keçdiyi döyüş yoluna həsr olunmuş bir neçə kitab da nəşr edib. Onlardan biri, məhz Naxçıvan torpağının yetirməsi Şəhid İlkin Seyidovdur.

Tədbirdə digər çıxış edən Şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov kitabla bağlı öz fikrlərini tədbir iştirakçıları ilə bölüşdü. O qeyd etdi ki, "mən bilirəm ki, bu kitab hansı əziyyətlər bahasına ərsəyə gəlib. Yaxşı yadımdadır ki, 2021-ci ildə redaksiyanın əməkdaşı Vüqar Əsgərov məlumat toplamaq üçün Naxçıvana ezam olunanda min bir çətinliklərlə qarşılaşdı. O zamanki rəhbərlik nəinki əllərində olan məlumatları vermirdi, hətta, fərdi şəkildə ona kömək edən insanları belə cəzalandırırdı. İndi Allaha şükür ki, o günlər arxada qalıb. Sonda haqq-ədalət öz yerini tapdı. Bu şərəfli yolda öz müqəddəs məqsədlərinə çataraq, belə bir gözəl tərtibatla hazırlanan kitab nəşr etdiklərinə görə "Xatirə Kitabının" kollektivinə təşəkkürümü bildirirəm".

Tədbirdə daha sonra çıxış etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər iş şöbəsinin müdiri, Şəhid kapitan Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədova söz verildi. O, dövlətimizin Şəhid ailələrinə etdiyi diqqət və qayğıdan danışdı. Ü. Məmmədov bildirdi ki, "bu gün Naxçıvan Muxtar Respublikasında yaşayan bütün Şəhid ailələrinə xüsusi qayğı göstərilir. Onlara maddi və mənəvi yardımlar edilir, döyüşlərdə yaralanan qazilərimiz ən yüksək səviyyədə tibb müəssisələrində müalicələrini davam etdirirlər.

Digər çıxış edənlər Şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova, Şəhid leytenant Şükür Hacıyevin anası Fatma Şükürlü bir daha bizə bu möhtəşəm qələbəni yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza öz dərin minnətdarlığını bildirdilər. 

P.S. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası olaraq Naxçıvanda belə bir mötəbər tədbirin keçirilməsi üçün bizə yaxından dəstək olan başda Naxçıvan Muxtar respublikası üzrə Prezidentin səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə, Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynlyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər iş şöbəsinin müdiri Üzeyir Məmmədova və Şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədova öz dərin təşəkkürümüzü bildiririk.

Vüqar Əsgər:

Araşdırmaçı, ssenarist

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam