Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Hacıqabulda maarifləndirmə tədbiri keçirilib -FOTOLAR

 

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.

Yenixeber.org xəbər verir ki Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyada “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlardan danışıb. Ümumbəşəri problemə çevrilən bu bəlanın gənclərin həyatında yaratdığı problemlər barədə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb.

Daha sonra “Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edən rəis A.Xəlilov  qızların yeniyetmə vaxtlarında ailə qurmasının risklər yaratdığını faktlarla əsaslandıraraq, şagirdlərin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, inkişaf etmələrinin vacibliyindən danışıb, onlara çoxlu mütaliə etməyi, mükəmməl təhsil almağı tövsiyə edib, gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.

Tədbirdə çıxış edən digər iştirakçılar keçirilən görüşün mahiyyətindən danışaraq, təşkilatçılığa görə Rayon Polis Şöbəsinə təşəkkürlərini bildiriblər.

Tədbirinin sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam