Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Bakıda küçəni satıb, sakinləri blokadaya saldılar? -VİDEO

bitmap-img6

Vətəndaşlar iddia edirlər ki, 4-5 il bundan əvvəl daimi istifadə etdikləri, şəhid Məhərrəm Seyidovun adını daşıyan küçənin bir hissəsini sahibkarlar bağlayaraq öz məqsədləri üçün istifadə edirlər. 
Yenixeber.org: Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə əlaqə saxladıq. 
İcra başçısı bir neçə gün sonra əraziyə qəsəbə üzrə nümayəndəsini göndərdi. Qəsəbə üzrə nümayəndə bildirdi ki, İcra hakimiyyəti Əmlak komitəsinin işinə müdaxilə edə bilməz. Ürəyi dolu olan sakinlərin şikayətlərini dinləyən qəsəbə nümayəndəsi məsələ ilə bağlı İcra Başçısına ətraflı məlumat verəcəyini bildirdi. Bu səfər də Şəhid adına küçənin satılması iddialarında adı keçən digər qurum - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxladıq. Hətta suallarımıza cavab tapmaq üçün bir neçə gün də gözlədik. Cavab olaraq hələ də məsələnin araşdırıldığını bildirdilər. Maraqlıdır, bir neçə ildir, bu problemlə bağlı dəfələrlə şikayət edən vətəndaşların müraciətləri indiyədək niyə araşdırılmayıb? Biz yenə də hər iki qurumdan cavab gözləyəcəyik.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam