Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nəsimi RİH “Torqovı”da bahalı küçəni satıb– Müəmma/Fotolar

Nəsimi RİH “Torqovı”da bahalı küçəni satıb

 

 

 Bakının köhnə məhəllələrindən olan L.Tolstoy küçəsi də tikinti firmaları arasında bölüşdürülüb

Yenixeber.org: Şəhərin mərkəzi olan, “Torqovıy”a çıxan küçənin sağında və solundakı tikililər şumlanıb

Nəsimi RİH “Torqovı”da bahalı küçəni satıb

Həmin yerlər hasarlanaraq yeni binalar tikiləcəyi anons edilib. Amma heç bir iş getmir. Hasarlardan birinin qarşısında “Kənan” yazılıb və hansı şirkətdən söhbət getdiyi bilinmir.

Digərinin önündə isə göydələn maketi vurulub və hansı firmanın iş aparacağı ümumiyyətlə, gizli saxlanıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə sökülən və alınan bu ərazilərə hansı şirkətlərin sahibləndiyi açıqlanmır.

Nəsimi RİH “Torqovı”da bahalı küçəni satıb

Nəsimi rayon icra başçısı Asif Əsgərovun Səbail rayonunda rəhbər olduğu dövrdə torpaqları qarış-qarış satdığı məlum idi.

Nəsimi RİH “Torqovı”da bahalı küçəni satıb

 

Nəsiminin icra başçısı Asif Əsgərov

İndi isə qonşu rayonda əməllərini davam etdirir. Sadəcə, ərazini hansı firmaya satıbsa, məlumat verilməlidir.

Hasarın qarşısında yazılan “Kenan”ın MTK və ya MMC olduğu bilinmir. Ərazi çəpərlənib və maşınların dayanacaq meydançasına çevrilib.

Nəsimi RİH “Torqovı”da bahalı küçəni satıb

Bakıda təkcə “Kənan – Turan” MTK var ki, Xırdalanda bina inşa edib. Tolstoy küçəsindəki digər ərazinin mühasirəyə alınmasına baxmayaraq, iş aparacaq podratçı firma haqda heç bir məlumat yoxdur.

Onu da deyək ki, Ş.Bədəlbəylidən Fəvvarələr meydanına düşən Tolstoy küçəsində çoxlu köhnə tikililər var. Onlar bir-bir söküləcəklər.

Nəsimi RİH “Torqovı”da bahalı küçəni satıb

Yunis/AzEuroNews/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam