Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu şəxslərin pensiyaları artacaq -RƏSMİ AÇIQLAMA

 

Baş nazir Əli Əsədovun bir neçə gün əvvəl imzaladığı qərara əsasən, əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq. 

Yenixeber.org: Dəyişiklik kimlərə şamil ediləcək və pensiyaların artmasına necə təsir edəcək? 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə sorğu ünvanlayıb. 

Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuzu cavablandırıb. 

"Sözügedən dəyişikliklərlə əlaqədar 2023-cü ilin yanvarın 1-dən sığorta prinsipi ilə pensiya alan pensiyaçılarla bərabər dövlət qulluqçularının, hərbi və xüsusi rütbəli şəxslərin və s. pensiyalarının ümumi məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılıb. Beləliklə həmin koteqoriyadan olan şəxslərin də pensiyalarının ümumi məbləğinin hər il indeksləşdirilərək artırılması mexanizminə keçilib", - Rəşad Mehdili vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam