Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Naxçıvanda Dövlət Xidməti “Azərsığorta”ya birləşdirildi

 

Naxçıvanda ləğv edilən Naxçıvan MR Dövlət Sığorta Xidməti dövlət sığorta şirkəti olan "Azərsığorta"ya birləşdirilib. 

Yenixeber.org: Bu barədə "Azərsığorta" məlumat yayıb. 

Qeyd edilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin 17 iyul 2023-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyinin əsasında “Naxçıvan regional mərkəz” filialı yaradılıb və beləliklə Naxçıvan Dövlət Sığorta Xidməti yenidən “Azərsığorta”nın tərkibinə qatılıb. 

Xatırladaq ki, Xidmət NMR Dövlət Sığorta Baş Agentliyi adı ilə 1994-2021-ci illərdə "Azərsığorta"nın tərkibində fəaliyyət göstərib. Agentlik 2021-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə "Naxçıvan MR Dövlət Sığorta Xidməti" publik hüquqi şəxsinə çevrilib. Ölkə ərazisində sığorta fəaliyyəti lisenziyalı fəaliyyət növüdür və bununla bağlı icazələr Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən verilir. Xidmət isə 2023-cü ilə kimi AMB-nin lisenziyası olmadan fəaliyyət göstərib. Bu məsələnin gündəmə gəlməsi ilə Naxçıvan MR Ali Məclisi bu il mayın 3-də Xidmətin ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam