Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Səhiyyə Nazirliyi çimərliklərlə bağlı əhaliyə müraciət edib

Yay aylarında çimərliyə gedərkən maksimum dərəcədə yüngül qidalara üstünlük vermək lazımdır.

Yenixeber.org:  Bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Həkim qeyd edib ki, çimərliyə gedərkən qida götürən zaman tərkibi tez dəyişməyənlərə üstünlük vermək lazımdır:

"Çimərliyə səhər saatlarından 11:00-a qədər, axşam saat 17:00-dan sonra getməyə üstünlük vermək lazımdır. Geyim seçimi zamanı açıq rəngli paltarlara üstünlük vermək tövsiyə olunur. Eyni zamanda, günəş kremlərindən və digər Günəşin şüalarından qoruyan vasitələrdən istifadə etmək lazımdır. Dənizdə üzmədən öncə spirtli içkilərdən istifadə yolverilməzdir".

Həkim deyib ki, dənizdə boğulma zamanı panikaya qapılmadan həmin şəxsi sudan çıxarmaq lazımdır:

"Bu zaman xəsarət alan şəxsin şüurunun yerində olub-olmamasını yoxlamaq, nəbzinə baxmaq lazımdır. Əgər xəsarət alan şəxsin şüuru yerində deyilsə, süni nəfəs vermək lazımdır. Ən əsası isə belə hallarda Təcili Tibbi Yardıma müraciət edilməlidir”.

Çimərlikdə infeksiyaya yoluxma barədə danışan həkim bildirib ki, əgər kimsə çimərliyə getdikdən sonra özündə narahatlıq hiss edirsə, bu zaman həkimə müraciət etməli və müvafiq analizlər verməlidir:

“Hər dəfə çimərliyə getdikdən sonra hansısa infeksiyaya yoluxma ilə bağlı narahatlıq keçirməyə ehtiyac yoxdur. Sadəcə çirkli çimərliklərə getməmək lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam