Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Dünyada heç kəs ana südünü olduğu kimi yarada bilmir"

 

“"Uşaq doğulub, amma süd yoxdur"- demək gülüncdür”


"Xeberinfo.com":   Məlumata görə, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev körpələr üçün nəzərdə tutulan süni qidalarla bağlı Modern.az saytının suallarını cavablandırıb:

Hazırda dünyada, eləcə də ölkəmizdə süni qidalara üstünlük verildiyi müşahidə olunmaqdadır. Mütəxəssis kimi bunu necə qiymətləndirirsiniz?

- Mən pediatr olaraq süni qidaları tövsiyə etmirəm. Təbiətin elə qanunları var ki, onu pozmaq olmaz. Məsələn, biologiyanın böyük qanununda göstərilir ki, tarixi təkamül prosesində canlıların öz balası üçün hasil etdiyi qida maksimum spesifikləşib və adekvatlaşıb. Spesifikliyi ondadır ki, həmin qida onun balasına aiddir və yalnız ona yarayır. Adekvatlığı isə canlının öz balası üçün hasil etdiyi qida qədər ikinci qidanın yoxluğundadır. Nəzərinizə çatdırım ki, təbiətdə olan canlıların heç biri biologiyanın bu qanunu pozmur. Təəssüf ki, qanunu pozan yeganə varlıq şüurlu insandır.

Süni qidadan istifadə hansı fəsadlara yol aça bilər?

- Bir çoxları dərk etmir ki, yeni doğulan körpə ana südünə möhtacdır. Onu dünyaya gətirən doğma ana bundan maksimum dərəcədə uzaqlaşmağa çalışır və inək südünün bazasında hazırlanan süni qidalara üstünlük verir. Bu da təbii olaraq müxtəlif xəstəliklər, xoşagəlməz hallar və problemlərlə qarşılaşmaya səbəb olur. Ana dərk etmir ki, nəticədə əziyyət çəkən özü olacaq. Bunu əslində heç kəs etməməlidir.

Ana südü yetərli olmadığı halda hansı addım atılmalıdır?

- Bilirsiniz, tibbin araşdırmaları, qayda-qanunları var. Biz hansısa möcüzələrə əsaslanmırıq. Həmin qanunlarda göstərilir ki, hər yüz nəfər dünyaya uşaq gətirən ananın ikisində bu və digər səbəbdən südün çatışmazlığı ola bilər. Buna tibbdə hipoqalaktiya deyilir. Bu gün Azərbaycanda anaların cəmi 50 faizi 1 yaşa qədər öz övladlarına süd verir, bu yaşdan sonra faiz kəskin azalır. Bu zaman belə nəticə hasil olur ki, anaların 50 faizi süd verir, 50 faizi süd vermir. Süd verməyənlərin 2 nəfərini obyektiv səbəblərdən çıxırıq. Məlum olur ki, dünyaya uşaq dünyaya gətirən 100 anadan 48-i əsassız olaraq körpəsinə süd verməkdən imtina edir. Bu paradoksal səbəbdir. Əslində ana qədər övladını istəyən ikinci şəxs ola bilməz. Eyni zamanda, onun doğma anası bilərək balasının sağlamlığına laqeyd yanaşır və ona süd vermir. Bizim vəhşi saydığımız şir, pələng, canavar öz balasına başqa canlının qidasını heç vaxt verməz. Ana isə bunu edir...

İnsan dərk etməlidir ki, süd vermədiyi körpəsinin hüquq və haqlarını kobudcasına pozur, sağlamlığına qəsd edir. Görün nə qədər məntiqsiz addımdır.

Digər tərəfdən, hazırda uşaqlar bir çox inkişaf qüsurları ilə üz-üzədir.  Bu da gələcəkdə valideyn üçün problemə çevrilir.

Süd azlığı zamanı ana südü ilə paralel süni qidaların qəbulu necə, məqsədəuyğundurmu? Süd yoxdursa, ana nə etməlidir?

- Körpəyə süni qida verilməsinin heç bir məqsədəuyğunluğu yoxdur. Məcburiyyətdən ortaya çıxan məsələlər var. Obrazlı desək, əgər ana Allahını unudub, balasına süd vermirsə uşağın yaşaması üçün onu nə iləsə qidalandırmaq lazımdır, acından öldürmək olmaz. Ona görə biz deyirik ki, süni qidalar adaptasiya olunmuş, uyğunlaşdırılmış şəkildə verilsin.

- Hazırda bir çox gənc analar südün artırılması üçün müxtəlif dərman preparatlarından istifadə edir. Bu nə dərəcədə doğrudur?

- Doğrudur, belə hallar var. Müxtəlif bitki və heyvan mənşəli preparatların qəbulu ilə südün artırılmasına çalışırlar. İstifadə zamanı maksimum dərəcədə dərmanların kimyəvi tərkibli olmamasına diqqət etmək lazımdır. Südün normal olması üçün ananın normal yatması, düzgün qidalanması də vacibdir. Dərmanlardan istifadə əks göstəriş sayılmır. Ən böyük problem anada körpəsinə süd vermək üçün istəyin olmamasıdır. Tibbdə aparılan elmi araşdırmalar göstərdi ki, ana südünün çatışmazlığı səbəbləri arasında ilk yerdə hamilə, yaxud doğmuş qadının süd verməkdə istəksiz olmasıdır. Bunun qarşısını almaq lazımdır.

Süd vermək istəməyən gənc ana bir çox bəhanə də sadalayır...

- Bilirsiniz, hansısa rəfiqənin “süd versən fiquran pis olacaq”, “kökələcəksən”, “sinən gözəl görünüşünü itirəcək”, “yoldaşının sənə istəyi azalacaq” və s. kimi fikirlərinə uyaraq öz balasına süd verməkdən imtina edən analar çoxdur. Onlar dərk etmir ki, əslində süd verməyin 50 faizi uşağa, 50 faizi qadına xeyirdir. Süd verən ananın orqanizmi baharda açan çiçəklər kimi təzələnir. Ümumiyyətlə, qadın hər dəfə uşaq dünyaya gətirəndə orqanizmi təmizlənir. Bu da ananın qazancıdır. Doğmayan qadınlarda müxtəlif xəstəliklər, o cümlədən döş xərçəngi riski çoxdur. Nəzərə almaq lazımdır ki, süd verməyən qadının döş xərçənginə yoluxma riski süd verənlərə nisbətdə 7 dəfə artıqdır. Bunların bilərək riayət etməmək insanın öz günahıdır.

İdxal edilən süni qidaların istifadəsinin əksəriyyətinin uzunmüddətli olduğu müşahidə edilməkdədir. Bunun nə kimi zərərləri mövcuddur?

- Süni qida qarışıqlarının təlimatı var. Onlar təlimata uyğun gətirilməli, ekspertizadan keçirilməli və qaydalara uyğun da saxlanmalıdır. Uzun müddət günəş şüası altında qalan qidalar xarab ola bilər.

Süni qida istehsalı ilə məşğul olan şirkətlər iddia edir ki, onların məhsulu ana südünün tərkibi ilə eynidir, yaxud tərkibə çox yaxındır...

- Süni qidalar əsasən ana südünə uyğunlaşdırılır. Elm və texnikanın sürətli inkişafı dövründə belə, dünyada heç kəs ana südünü olduğu kimi yarada bilmir. Çox cəhdlər edilməsinə baxmayaraq, bu mümkünsüz olub. Çünki ananın südü canlı laboratoriyada yaranır. Ana südü körpəsini bətnində daşıdığı 9 ay ərzində əmələ gəlir. Qadınlar bilir ki, hamilə qalan andan etibarən döş vəzilərində müəyyən dəyişikliklər baş verir və onlar bunu daim hiss edir. Ona görə də “uşaq doğulub, amma süd yoxdur” demək gülünc və məntiqdən kənar məsələdir. Necə ola bilər ki, döş vəzi müxtəlif etaplar keçsin amma nəticə hasil olmasın... Döş vəzi mamogenez,  qalaktogenez, laktogenez və laktosiya mərhələsindən keçdi, doğuş baş verdi, amma süd yoxa çıxdı düşüncəsi çox əsassızdır. Elmdə belə bir şey yoxdur.

Hazırda anada südün olmama səbəbləri subyektivdir. Ana südünün az olduğu müddətdə süd artırmağın ən doğru üsulu uşağın tez-tez döşə qoyulmasıdır.  Çünki uşaq hər dəfə döşə qoyulanda növbəti dəfə üçün özünə süd “sifariş” edir. Alimlər də bu istiqamətdə çox düşünülər, onun sintezi, artırılması üçün müxtəlif variantlara əl atdılar. Nəticədə məlum oldu ki, ana südünün artırılmasının “açar”ı uşağın ağzıdır.

Bir çoxları süni qidaların baha olmasını onun keyfiyyətinin zəmanəti kimi qiymətləndirir. İstənilən səbəbdən süni qidaya üz tutan valideyn nəyə diqqət etməlidir?

- Süni qidaların istehsalı və yayılması ilə bağlı beynəlxalq qanunlar toplusu var. Bu işlə məşğul olan hər kəs həmin qanunlar toplusuna riayət etməlidir. Kim riayət etmirsə, cəza almalıdır. 2003-cü ildə Azərbaycanda “Körpələrin, erkən yaşlı uşaqların qidalanması ilə bağlı qanun qəbul olunub. Qanunun 3-cü bölməsi bütövlükdə ölkəyə gətirilən süni qida qarışıqlarına nəzarətin təşkili və idarə olunmasına həsr olunub. Hər kəs də bu qanuna riayət etməlidir.

Doğru olsa da, olmasa da valideynlər öz körpələrinə süni qida verir. Ən azından bu qida həkim resepti əsasında təyin olunmalı deyilmi?

- Ümumiyyətlə, uşağın süni qidaya keçirilməsi, ona hər hansı yeni qida təyin edilməsinə dair göstəriş həkim-pediatr tərəfindən aydınlaşdırılmalıdır. Hər ana tibb işçisi deyil ki, ağlı necə kəsir elə də etsin. Bu qeyri-professionallıqdır. Heç kəsə belə addım atmağı məsləhət görmürəm. “Süni qida nədir, hansı zərurətdən uşağa veriləcək?” Bu, birmənalı şəkildə həkim resepti əsasında təyin edilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam