Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ödəniş terminalları ilə bağlı YENİ QAYDALAR

 Ödəniş terminalları vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinin yeni qaydaları müəyyən edilir. 

Yenixeber.org:  Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, ödəniş xidməti təchizatçısı ödəniş xidmətlərini ödəniş terminalları vasitəsilə göstərdikdə ödəyicidən qəbul olunmuş pul vəsaitini vəsait alanla bağladığı müqavilədə ayrı müddət nəzərdə tutulmadıqda (müqavilədə nəzərdə tutulan müddət 5 (beş) iş günündən artıq ola bilməz) növbəti əməliyyat günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına köçürməlidir. Mərkəzi Bank tərəfindən müəyyən edilən hallar istisna olmaqla, ödəniş terminalı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatını təsdiq edən məlumatla təmin etməlidir. 

Ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələblər və məlumatların təqdim edilməsi qaydası Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam