Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

İranlı diplomatın anormal arzuları:"Başqa ölkələr də Qafanda konsulluq açsın"

 "İran ümid edir ki, Zəngəzurda istənilən xarici diplomatik nümayəndəliyin açılması sabitlik və təhlükəsizliyə töhfə verəcək". Bunu İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin Ermənistan mediasına müsahibəsində regiondakı vəziyyət barədə danışarkən deyib.
İranlı diplomatın müsahibəsində bir sıra diqqət çəkən məqamlar da yer alıb.
O qeyd edib ki, İran Ermənistanın cənubunda konsulluq açmağı çox gecikdirib: "İki xalq arasında "minilliklərlə" olan münasibətləri, eləcə də hər iki ölkənin mədəniyyətindəki oxşarlığı nəzərə alsaq, konsulluğun açılması zərurət idi. Məncə o daha tez açılmalı idi. Hazırda həm Sünik bölgəsinin sakinləri, həm də buraya gələn İran vətəndaşları, xüsusən də yük və avtobus sürücüləri konsulluğun fəaliyyətindən razıdırlar. Konsulluq onlara bir çox məsələləri yerindəcə həll etməyə imkan verir və onlar bütün bunlara görə İrəvana getməsinlər. Bu həm vaxta, həm də xərclərə qənaət edir".
İranlı diplomat yerli rəhbərliklə dostluq əlaqələrindən də ağız dolusu danışıb: "Fəaliyyət göstərdiyimiz bir ildən az müddətdə şəhər meriyasıyla, eləcə də vilayət rəhbərliyi ilə yaxşı əlaqələr qurmuşuq. Bir sıra proqramlar həyata keçirilib. Əl işlərinin sərgisi təşkil olunub və ilk dəfə Novruz bayramı qeyd olunub. Yaxın vaxtlarda Ermənistan-İran kulinariya festivalı da keçiriləcək. Vilayəti və şəhərin ali məktəbləri ilə də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlər aparılır".
O, jurnalistin "Rusiya Qafanda konsulluq açmaq niyyətini açıqlayıb. Bu cür təşəbbüslər nə dərəcədə vacibdir və onlarla əməkdaşlığı necə dəyərləndirirsiniz?" sualına da maraqlı şəkildə cavab verib.
- Şadam ki, burada bizdən başqa, əməkdaşlıq edə biləcəyimiz diplomatlar da olacaq. İran ölkələr arasında əlaqələrin inkişafına yönəlmiş istənilən addımı alqışlayır. Ümid edirik ki, Sünikdə başqa ölkələrin diplomatik və ya siyasi nümayəndəliyinin açılması yerli sakinlərə kömək edəcək, sabitlik və təhlükəsizliyə töhfə verəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam