Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ladina Heymqartner:“Süni intellektin inkişafı bir çox jurnalisti işsiz qoya bilər”

“Süni intellektin inkişafı səbəbindən bir çox jurnalistlərə gələcəkdə tələbat olmayacaq və onlar işsiz qala bilərlər”.

Yenixeber.org:  Bunu “Blick Group”un baş direktoru Ladina Heymqartner Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Qəzetçilik Konqresində deyib.

Onun sözlərinə görə, son 20 il ərzində media transformasiyası üç qlobal təlatümlə üzləşib: “Birincisi, 2000-ci illərdə internetin yaranması və inkişafı, ikincisi, 2010-cu illərdə sosial şəbəkələrin və platformaların meydana gəlməsi və inkişafı, üçüncüsü, müasir dövrümüzdə süni intellektin yaranması idi. Bütün bu dəyişikliklər qəzetlərin reklam gəlirlərinə ciddi təsir göstərib. Lakin ümumilikdə KİV sosial media və internetlə bağlı ilk iki dəyişikliyə uyğunlaşa bilib”.

"İndi söhbət ondan gedir ki, süni intellekt inkişaf etdikdən sonra bir çox jurnalistlərə ehtiyac olmaya bilər. Digər tərəfdən, süni intellekt tərəfindən çoxlu yanlış və yoxlanılmamış məlumat meydana çıxır. Bu da oxucuların inamının itməsinə səbəb ola bilər. Bu o deməkdir ki, süni intellekt tərəfindən yaradılan istənilən məzmun yenə də redaktor, jurnalist tərəfindən sonradan yoxlanılmaldır. Üstəlik, süni intellektdən istifadə etməklə yaradılan bütün mətnlərdə bununla bağlı məlumat olmalıdır", - L.Heymqartner bildirib.

Qeyd edək ki, bu il Avropa Qəzetçilik Konqresində müzakirələr süni intellektin KİV-lərin inkişafına təsiri və süni intellektin, xüsusən də sosial şəbəkələr üçün materialların yaradılması, fotoşəkillərin təsviri üçün istifadə imkanlarına yönəlib. Bir çox Avropa nəşrlərinin nümayəndələri bu məsələdə öz təcrübələrindən danışıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam