Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Ailə Məcəlləsinə dəyişikliklər qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. 

Yenixeber.org:Dəyişikliklər layihəsində himayədar ailənin yaranmasına və himayədar valideynlərə dair yeni tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin hansı hallarda ləğv ediləcəyi, valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir, valideynlik hüquqlarının məhdudlaşdırılması halları sərtləşdirilir, övladlığa götürmə qaydası təkmilləşdirilir, himayədar ailəyə verilən uşağın monitorinqinin aparılması, fərdi inkişaf planının hazırlanması, ailəsinə qaytarılmış uşaqların həyatı üçün birbaşa təhlükə aşkarlandıqda prokurora məlumat verilməsi, himayədar ailələrə verilmiş uşaqların və himayədar ailələrin elektron qeydiyyatının aparılması, 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı fikrinin öyrənilməsi və s. nəzərdə tutulur. 

Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam