Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlikdə övladlığa götürmə ilə bağlı işçi qrupu yaradıldı

Nazirlikdə övladlığa götürmə ilə bağlı işçi qrupu yaradıldı


Prezident İlham Əliyevin “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu yaradılıb.

Yenixeber.org":Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işçi qrupun görəcəyi işlərə dair iş planı təsdiq edilib:

“Planda nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsisteminin yaradılması, övladlığagötürmə prosesinin mərkəzləşdirilmiş vahid elektron uçotunun və idarəetmə sisteminin qurulmasının təmin edilməsi üçün funksional tələblərin hazırlanması yer alıb. “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə” qaydaların və övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və s. kimi işlər də plana daxildir”.

Rəsmi məlumata görə, işçi qrupu plana əsasən, eyni zamanda, yaradılacaq altsistemə inteqrasiya olunacaq qurumların informasiya sistemlərinin və ehtiyatlarının siyahısına, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran dəstəkləyici tədbirlərə və mexanizmlərə dair təkliflər hazırlayacaq:

“Övladlığa götürmə sahəsində islahatlar və görüləcək tədbirlər barədə ictimaiyyətin ardıcıl və geniş məlumatlandırılması da təmin ediləcək.

İşçi qrupun ilk iclasında altsistemin yaradılması, övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və s. ilə bağlı görüləcək işlər müzakirə olunub, təkliflər səsləndirilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam