Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsi məqsədilə “Nar” İT ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı.

Yenixeber.org: Proqrama seçilən tələbələr “Nar”ın mobil rabitə şəbəkəsinə nəzarət edən peşəkar texniki heyətlə birgə çalışmaq və karyeralarını artıq indidən qurmaq imkanı əldə edir.

May ayının sonunadək davam edəcək proqram çərçivəsində 27 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçir. Bu tələbələr Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində təhsil alırlar.

Qeyd edək ki, korporativ sosial məsuliyyət siyasətinin təhsilə dəstək istiqamətinə uyğun olaraq, “Nar” AzTU ilə uzunmüddətli əməkdaşlıq qurub. Əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam