Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub -FOTOLAR + VİDEO

“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub


Payız ağac əkini mövsümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasına "Kristal Abşeron” şirkəti də qoşulub.

Yenixeber.org: Dekabrın 28-də Xocasəndə baş tutan aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, "Kristal Abşeron” şirkətinin təsisçisi Mahayət Nəbiyev və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iştirak edib. 15 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı, zeytun, Şərq çinarı, oleandr ağaclarından ibarət ümumilikdə 10 000-ə qədər ağac əkilib. Damla suvarma sistemi quraşdırılıb.


Aksiya ağac əkməklə ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunmasına kömək edilməsi, atmosferin oksigenlə zənginləşdirməsi məqsədilə həyata keçirilib.

Kristal Abşeron bu cür ekoloji aksiyalarda mütəmadi olaraq iştirakı ilə ətraf mühitin mühafizəsinin vacibliyini daim diqqət mərkəzində saxlamağı əsas məqsədlərdən biri hesab edir və bu sahədə şirkət tərəfindən bu günədək müxtəlif aksiyalar da həyata keçirilib.


Qeyd edək ki, ölkə üzrə keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam