Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Azərbaycan səhiyyəsində "bespredel" baş alıb gedir -KİMDİR GÜNAHKAR?

 

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub. Səhiyyə nazirinin əmri ilə türkiyəli "mütəxəssis", Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.

Yenixeber.org: Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib. Təqdimat mərasimində auditoriya qarşısında nizam-intizamı pozan səhiyyə nazirinin iki müavini, professorlar qarşısında hörmətsizlik edərək ayaqüstə deyil, oturmaqla çıxış ediblər. Amma buna baxmayaraq, ATU-nun rektoru Gəray Gəraybəyli kollektiv qarşısında etikadan kənar heç bir hörmətsizliyə yol vermədən ədəb-ərkanla çıxış etmişdir. Təsəvvür edin ki, Səhiyyə Nazirliyinin yuxarı eşelonunda təmsil olunan şəxslər ali kontingentin qarşısında nizam-intizamı kobud şəkildə pozurlarsa, görün indi səhiyyəmizin nizamı nə gündədir. Yayılan xəbərlərdə də göründüyü kimi, bu sistemdə vəziyyət heç də ürəkaçan deyil.

 

Nəzərə alsaq ki, bunadək klinikanın direktoru Azərbaycan vətəndaşı professor Surxay Hadıyev olmuşdursa, bundan sonra ölkənin gözünü kor qoyub öz mütəxəssislərimizə müraciət etməyib, Türkiyədən hansısa bir kadrı gətirib Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına direktor təyin ediblər. Təqdimat mərasimində ən gülməli və ya ağlamalı hadisələrdən biri də o oldu ki, yeni təyin olunan direktor masadan bir-başa su putulkasını başına qaldıraraq, içib. Görünən odur ki, ölkə səhiyyəsində "bespredel" baş alıb gedir.GundemXeber.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam