Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

AHİK Şuşa şəhərində konfrans keçirib -FOTOLAR

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilib. İlk öncə 44 günlük müharibədə şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yenixeber.org: AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransda məruzə ilə çıxış edib. Sədr çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ali sərkərdəliyi ilə qazanılmış 44 günlük müharibənin tarixi Qələbəsi, Şuşa şəhərində aparılan geniş miqyaslı bərpa-quruculuq işləri, Qarabağın yenidən qurulması, Laçının azad edilməsi və başqa mühim məsələlərdən danışılmışdır. Sonra çıxış edənlərdən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev,  Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika KomitəsininsədriFəzail Bağırov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Habil Qurbanov və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov bu mühim tədbirlə bağlı öz fikirlərini bildirdilər.

Tədbirin sonunda AHİK Şuşa konfransı iştirakçılarının Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciəti qəbul edilmişdir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

 

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam