Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cəbrayıl RİH başçısı növbəti səyyar görüş keçirib-FOTOLAR

Mingəçevir şəhəri Hydər Əliyev prospekti 28/12-də yerləşən Respublika “Sahibkarlara Dövlət Dəstəyi İctimai Şurasının” yerli şöbəsinin iclas zalında Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Mingəçevirdə məskunlaşan köçkün həmyerliləri ilə növbəti görüş keçirmişdir.
Yenixeber.org: Çıxışınının əvvəlində köçkün həmyelillərini salamlayan rayon rəhbəri, sonra demişdir: Həmişə olduğu kimi, bu dəfə də gəlişimin məqsədi sizin problemlərinizlə tanış olmaq və imkanımız daxilində istəklərinizə yardımçı olmaqdır. Hazırda əhalisinin sayı səksən üç mindən çox olan rayonumuzun əhalisi ölkəmizin 60 yaxın rayonunda, o cümlədən paytaxt Bakıda və Biləsuvar ərazisindəki 11 köçkün qəsəbəsində məskunlaşsa da, onlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur.  Mütamadi olaraq ölkəmizin ayrı-ayrı regionlarında müvəqqəti olaraq məskunlaşan rayonumuzun sakinləri ilə görüşdüyümdən, ümumuilikdə onların əhval-ruhiyyəsinə də yaxından bələdəm. Əvvəlki vaxtlardan fərqli olaraq köçkünlərimiz indi şəxsi və ailə problemlərdən çox, doğma ata ocaqlarına qayıdacaqları günlərdən söz açır, 27 il ərzində düşmən tapdağında qalan şəhər və kəndlərimizin bərpası yönündə arzu və istəklərini dilə gətirirlər.
Cəbrayıl rayonunun, bütövlükdə isə Qarabağın işğaldan azad edilməsi Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə düşmənə tarixi ibrət dərsi verən Milli Ordumuzun əsgər və zabitlərinin misilsiz hünərləri sayəsində mümkün olmuşdur. 44 günlük II Qarabağ Müharibəsi sonda xalqımıza Zəfər sevinci bəxş elədi. Savaş günlərində şəhidlik zirvəsinə ucalan ərən oğullarımızın və qələbəyə bizimlə birlikdə sevinən qazilərimizin misilsiz qəhrəmanlıqlarısayəsində tarixdə ilk dəfə olaraq itirilmiş torpaqlarımıza yenidən sahib çıxdıq...
Birinci və İkinci Qarabağ Müharibələrində bizim Cəbrayıl rayonu 400 nəfərdən çox şəhid verib, biz onların xatirələrini həmişə əziz tutur, ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən şəhid ailələri və qazilərin 
problemlərinin həllinə çalışırıq. Bu gün işğaldan azad edilən rayonların hamısında olduğu kimi, Cəbrayıl rayonunun ərazisində də quruculuq işləri geniş vüsət almaqdadır. Torpaq minalardan təmizlənir, yeni magistral yollar çəkilir, əkinə yararlı yerlərdə bir neçə iri şirkətlər tərəfindən kənd təsərrüfatı məhsulları yetişdirilir. İnşallah, yaxın vaxtlarda öz doğma el-obalarımıza qayıdaraq, siz özünüz də bu işlərdə fəal iştirak edəcəksiniz. Mən əvvəlki gəlişlərimdən fərqli olaraq, bu dəfə doğma torpaqlarımıza qayıdış ərəfəsində qəlbinizdən keçən arzu və istəklərlə tanış olmağa gəlmişəm. Mənim sizinlə səyyar görüşüm də elə bu 
barədədir. İndi buyurun, söz sizindir, hər birinizi dinləməya hazıram! 
İlk olaraq Cəbrayıl rayon İcra Hakimiyyətinin Mingəçevir şəhərindəki səlahiyyətli nümayəndəsi İsmayıl İmanzadə köçkün həmyerliləri ilə bağlı məlumat verəndən sonra, tədbirə qatılanların çıxışları başlandı: 
Gülzar Quliyeva:-(Qışlaq kəndi)- Qarabağ Müharibəsi şəhidi Soltan Verdiyevin həyat yoldaşı)-Prezidentimizdən, dövlətimizdən çox razıyam. Rayonumuzun rəhbərliyinindən də həmişə diqqət və qayğısını görmüşəm. İki ali təhsilli övlad böyütmüşəm. Ən böyük arzum Daşkəsən kənd qəbristanlığında 1993-cü ilin iyul ayında dəfn edilən  şəhid həyat yoldaşımın məzarını ziyarət edərək, onun qəbrini yenidən bərpa etməkdir. İstərdim ki,  səlahiyyətli orqanlar bu arzumu həyata keçirsinlər. Bir ilə yaxındır ki, onkoloji xəstəlikdən əziyyət çəkirəm, əməliyat olunmuşam və müalicəmi  davam etdirirmək məcburiyyətindəyəm. Xahiş edirəm imkanınız dairəsində müalicə olunmağım üçün mənə maddi köməklik göstərəsiniz.
Şərafət Babayeva-(Horovlu kəndi)-İnşallah, rayonumuza qayıdış başlayan kimi, mən və ailə üzvlərim doğma yurda ilk gedənlərdən biri olacağıq. Ailə üzvlərimin əksəriyyəti aylıq müavinət alsalar da, köçkünlük vəsiqəsi almaqda çətinlik çəkirik. Xahiş edirəm bu işdə bizə kömək edəsiniz.
Pərvanə Əfəndiyeva:-(Cəbrayıl şəhər sakini)-Hazırda şəxsi mənzilimiz yoxdur, 3 saylı qaçqın qəsəbəsində həyat yoldaşım və ali məktəb tələbəsi olan 3 övladımla birlikdə yaşasam da, ailə üzvlərimizdən heç biri köçkünlərə şamil edilən aylıq çörək pulu almırıq...
Sahilə Feyziyeva:-(Karxulu kəndi)-Əvvəlcə yeganə bir övladımı, sonra da həyat yoldaşımı itirmişəm. Xəstəliyimə görə haradasa işləyə bilmədiyimdən, heç bir qazanc yerim yoxdur. 60 yaşın içərisindəyəm, pensiya yaşım çatmadığından yaşa görə təqaüdə çıxa bilmirə. Xahiş edirəm mənə imkan dairəsində kömək edəsiniz.
Gültəkin İsmayılova: - (Dağtumas kəndi) - Əvvəllər kirayə mənzildə 3 azyaşlı uşağımla birlikdə yaşamışam. Keçən ildən bəri əlaqədar təşkilatlara müraciət edəndən sonra 4 saylı qaçqın qəsəbəsində bir otaqlı fin evlə təmin olunmuşam. Yaşadığım evin 10-15 metrliyindən qaz xətti keçsə də, yaşadığım evə qaz çəkdirmək üçün dəfələrlə müraciət etsəm də mənə kömək eləyən yoxdur.
Səməndər Rəsulov: - (Şükürbəyli kəndi) - Həm sürücü, həm qaynaqçı, həm də montajçıyam. Rayonumuzda gedən quruculuq işlərində çalışmaq arzusundayam. Ümid edirəmki bu işdə mənə kömək edəcəksiniz.
Bayram Yusifov:-(Şəybəy kəndi)-Xahiş edirəm əlaqədar təşkilatlara çatdırasınız ki, biz iri kəndlərin birləşdirilməsinə tərəfdar deyilik. Kəndlərimiz əvvəlki yerlərində və əvvəlki adlarıyla bərpa olunsa daha yaxşıdır.
Rəşad Maqsudov:- (Horovlu kəndi)- Uşaq vaxtı bibim (mamam) məni övladlığa götürdüyündən, bu il orta məktəbi bitirən oğlum Ayxana köçkünlük vəsiqəsi düzəldə bilmirik. Tələb olunan iyirmiyə yaxın sənədi toplayıb Dövlət Qaçqınlar Komitəsinə təqdim etsəm də, müxtəlif bəhanələrlə bu işə əncam çəkmirlər.
Fərhad Əliyev-(Karxulu kəndi) - 26 il qabaq Kürün sağ sahilindəki boş bir ərazidə ailə üzvlərimlə bilikdə bir bağ evində məskunlaşmışam. Burada müxtəlif növ ağaclar əkmiş və ərazini abadlaşdırmışam. Bu barədə lazımi icazə kağızım olsa da, son üç aydan bəri şəhər işıq idarəsinin bir qurup işçisi ailəmə təzyiqlər edərək ərazini tərk etməyimizi tələb edirlər. 
Görüş zamanı ayrı-ayrı şəxslərin çıxışçılarında vurğulanan məsələlərə münasibət bildirən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı qeyd olunan məsələləri diqqətdə saxlayacağını, bəzi problemlərin həlli ilə bağlı əlaqədar təşkilatlara müraciət ediləcəyini bildirib, sonda doğma yurd-yuvalarına qayıtmaq arzusunda olan həmyelilərinə uğurlar arzuladı.  
 VAHİD QAFARLI
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam