Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

TƏBİB nöqsanlara görə işdən çıxarılan, həyat yoldaşını bıçaqlayan şəxsə yüksək vəzifə verib-ŞİKAYƏT


Xəbər verdiyimiz kimi
, Sabirabad rayonu Kürkəndi kənd sakini İkinci Qarabağ Müharibəsi qazisi 22 yaşlı İsmayılov Abış mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qarşılaşdığı özbaşınalıq şikayətçidir. Abış İsmayılov bir müddət əvvəl xəstəxanaya mühafizəçi vəzifəsinə işə qəbul edilib. Qazinin sözlərinə görə, maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılovun onunla qərəzliliyinin kökündə də xəstəxanaya işə düzələrkən rüşvət verməməsi durur.
Yenixeber.org:  Bayram Mikayılov bundan əvvəl də bəzi dövlət strukturlarında yüksək vəzifələrdə çalışıb.

Bayram Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasınadək olan fəaliyyəti ilə bağlı araşdırma aparılarkəm məlum olub ki, o, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etdiyinə görə işdən çıxarılıb. Həmin dövrdə hadisənin videogörüntüsü sosial şəbəkələrdə də geniş yayılıb.
Elə həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Ancaq vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq işdən çıxarılıb. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun vəzifəsini icra edərkən kobud nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığını bildirib.
Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, qısamüddətli həbsdə olub.
3 aya yaxındır ki, TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib.
Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab veriləcəyi bildirildi.(yeniavaz.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam