Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Lerikin yeni icra başçısı kimdir? - DOSYE

 Xəbər verdiyimiz kimi, bu gün Lerikə icra başçısı təyin olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yenixeber.org: Ə.Abbasov 1988-ci ildə anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

Yeni təyinatadək “Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi”ndə direktor vəzifəsində çalışıb. O, Yüksəliş müsabiqəsinin qaliblərindəndir.

Xatırladaq ki, ölkə başçısının 2 aprel 2007-ci il tarixli sərəncamı ilə Lerikə icra başçısı gətirilən Rövşən Bağırov 2021-ci ilin aprelin 29-da vəzifədən çıxarılıb və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Həmin tarixdən bu günədək onun yerinə təyinat aparılmamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam