Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrini ziyarət edib -FOTO

Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da bu nəcib missiyada yaxından iştirak edir.

Yenixeber.org: Ənənənin davamı olaraq martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Novruz bayramı ilə əlaqədar şəhid ailələri ilə görüşüb.

Vətən müharibəsi şəhidləri - Sədi Musayev, Elbrus Əhmədov, Arif Abbasov, Tural Əsgərli, Röya Ələkbərov və Adil İbrahimlinin ailəsinə baş çəkən S.Möhbalıyev Novruz bayramı münasibətilə onları təbrik edib, xoş arzularını çatdırıb.

AHİK sədri şəhid ailələri ilə söhbət zamanı bildirib ki, qədirbilən xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən, bu yolda canını belə əsirgəməyən qəhrəman oğullarını heç zaman unutmayacaq, onları ehtiramla yad edəcək, əziz xatirələrini qəlbində daim yaşadacaq.

Ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib.

Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.

 

 AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam