Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maliyyə dəstəyi göstərib -AÇIQLAMA

 

 

Azərbaycanda mübariz oğul və qızlarımızın şücaəti hər zaman yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, əziz xatirələri uca tutulur.

Yenixeber.org: İstər Birinci Qarabağ müharibəsində, istər 44 günlük Vətən müharibəsində, həmçinin ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin ailələri və qazilər hərtərəfli dövlət dəstəyi ilə əhatə olunurlar, bu istiqamətdə həmişə ölkəmizdə milli həmrəylik yaşanır.

Azərbaycan həmkarlar ittifaqları da şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, müharibə iştirakçılarına daim dəstək olur, onların qayğıları ilə maraqlanır, lazımi köməklikləri göstərir.

Bu ənənənin davamı olaraq bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi ölkəmizin müstəqilliyi uğrunda 1990-cı ilin 20 yanvarında şəhid olmuş qəhrəmanlarımızın ailələrinə maliyyə dəstəyi göstərmək üçün müvafiq qərar qəbul edib. Belə ki, 99 şəhid ailəsinin hər biri üçün 200 manat (ümumilikdə 19800) məbləğində maliyyə yardımı göstərilib.

Eyni zamanda AHİK-in üzv təşkilatları tərəfindən şəhid ailələrinə yardım göstərilməsi, pulsuz yollayışlarla təmin olunması, onlarla görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

  

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam