Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Şəhid ailələri hər zaman diqqətimizdədir

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan İkinci Qarabağ müharibəsi şəhidi baş leytenant Tural Əsgərlinin ailəsinə baş çəkib. Şəhidin ailə üzvləri ilə söhbətləşən S.Möhbalıyev onların qayğıları ilə maraqlanıb, problemlərini dinləyib.

Yenixeber.org: Bildirib ki, şəhid ailələri və onların valideynləri, qazilər, müharibə iştirakçıları daim dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır. Sədr qeyd edib ki, qədirbilən xalqımız bizə düşmən üzərində öz canı bahasına böyük qələbələr yaşatmış şəhidlərimizi heç vaxt unutmayacaq, onların əziz xatirəsini daim uca tutacaq və ehtiram göstərəcək. Milli Məclisin deputatı gətirdiyi hədiyyələri və maddi yardımı Tural Əsgərlinin ailəsinə təqdim edib. S.Möhbalıyev deyib ki, rəhbərlik etdiyi qurum bundan sonra da şəhid ailələrini diqqətdə saxlayacaq, onlara lazım olan maddi-mənəvi dəstəyi göstərəcək.

Qeyd edək ki, baş leytenant Tural Əsgərli Vətən müharibəsində Murovdağ və Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. O, 2020-ci il oktyabrın 1-də Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan İkinci Qarabağ müharibəsi şəhidi baş leytenant Tural Əsgərlinin ailəsinə baş çəkib. Şəhidin ailə üzvləri ilə söhbətləşən S.Möhbalıyev onların qayğıları ilə maraqlanıb, problemlərini dinləyib.

Bildirib ki, şəhid ailələri və onların valideynləri, qazilər, müharibə iştirakçıları daim dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır. Sədr qeyd edib ki, qədirbilən xalqımız bizə düşmən üzərində öz canı bahasına böyük qələbələr yaşatmış şəhidlərimizi heç vaxt unutmayacaq, onların əziz xatirəsini daim uca tutacaq və ehtiram göstərəcək. Milli Məclisin deputatı gətirdiyi hədiyyələri və maddi yardımı Tural Əsgərlinin ailəsinə təqdim edib. S.Möhbalıyev deyib ki, rəhbərlik etdiyi qurum bundan sonra da şəhid ailələrini diqqətdə saxlayacaq, onlara lazım olan maddi-mənəvi dəstəyi göstərəcək.

Qeyd edək ki, baş leytenant Tural Əsgərli Vətən müharibəsində Murovdağ və Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. O, 2020-ci il oktyabrın 1-də Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam