Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

KURYOZ: XƏZƏRİN İCRA BAŞÇISI ÖZÜNƏ TƏBRİK YAZDIRIR –FOTOLAR

 

Bakının Xəzər rayon icra hakimiyyətinin əməkdaşları icra başçısı Elşən Salahovun ad günü münasibəti ilə təbrik edilməsi üçün təlimatlandırılıblar.

Yenixeber.org: İH əməkdaşları bir-bir “facebook” və votsap statuslarında icra başçısına təbrik yazırlar. Bunu ilk baxışdan təbii saymaq olar, lakin işin qəribə tərəfi göstərişin icra başçısı tərəfindən gəldiyi haqda iddialardır. E.Salahovun niyə belə tapşırıq verdiyini təxmin etmək çətindir. Amma ad günü təbriki səmimi qəlbdən gəlməlidir. Bunu göstərişlə edəndə süni alınır. Xüsusən də rəhbər şəxsi mədh edəndə…

Məlumata görə, Xəzər İH-in əməkdaşlarının başçıya təbrik mesajları haqda E.Salahova məruzə olunub, heç kəsin demək olar ki, bu kampaniyadan kənar qalmadığı bildirilib. Adətən bu cür müti addımlar, əmrlər orta əsrlərdə, yaxud xanların, ağaların dövründə olub. Bu müasir dövrdə, islahatlar xətti götürülən ölkədə bir məmur isə ad günü təbriki üçün tapşırıq verir.(tia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam