Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYQISIZLIQ EDİB?

 

 


Yenixeber.org: Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməzdən əvvəl - 2018-ci il sentyabrın 5-dən Xəzər rayon sabiq icra başçısı Gülağa İslamovun birinci müavini vəzifəsində çalışıb. Ona qədər isə Xəzər Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri olub. Xəzər rayon Ağsaqqallar Şurasının sədri, "Abşeron" marketinin direktoru Hacı Rövşən Salahovun oğlu olan Elşən Salahov ümumiyyətlə dövlət qulluğuna keçməzdən qabaq "Bank Standart" KB-da işləyib. G.İslamov vəzifədən azad ediləndən sonra E.Salahov başçı vəzifəsini icra edirdi.
Qeyd edək ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov Prezidentin sərəncamı ilə dekabrın 21-də vəzifəsindən azad ediləndən ay yarım sonra 5 fevral 2019-cu ildə E.Salahov icra başçısı təyin edildi.
 Saytımıza daxil olan məlumata görə, E.Salahovun Rayon İcra Hakimiyətində məsul vəzifələrə irəli çəkilməsinin səbəbi onun atasının sabiq başçı G.İslamovla yaxın dostluq münasibətində olması imiş. Di gəl, Elşən müəllim özü həmin ənənəni davam etdirə bilməyib, dostluğa xilaf çıxıb. Məlumata görə, G.İslamov rayon rəhbəri postundan gedəndən sonra Xəzər rayonunun qəsəbələrindən birində bələdiyyədə işləyən oğlunu İcra Hakimiyyətində vəzifəyə düzəltmək istəyib. Amma gözləmədiyi halda E.Salahov onun xahişini yerə salıb.Keçmiş müavininin bu saymamazlığı G.İslamovu hiddətləndirib və o üzdən sələf və xələf arasında ciddi inciklik yaranıb.
E.Salahovun qeyri-sabit xasiyyəti, heç kəsə inanmaması barədə başqa söhbətlər də dolaşır. Bildiyimiz kimi zəbt olunmuş və kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz tikilmiş fərdi evlər raon rəhbərlərinin əsas gəlir mənbələrindəndir. Bu sahəyə nəzarəti daim öz əllərində saxlamağa çalışırlar. Ümumiyətlə, bu müstəvidə tez-tez anlaşılmazlıqlara rast gəlinir. Lakin paytaxtın Xəzər rayonunun qəsəbələrində vətəndaşlar hər hansı nahiyyədə fərdi ev tikmək məqsədilə bir daşı digərinin üstünə qoyan kimi RİH başçılarının "qoçu"ları həmin şəxsin başının üstünü kəsdirib rüşvət istəyirlər: "Ya pul ver, ya da tikdiyini başına uçurarıq!" Əvəzində isə icra hakimiyyətlərinin heç biri tikiləcək ev üçün heç bir sənəd təklif eləmir, torpağın təyinatını dəyişmirlər. Di gəl, qanunsuz tikilmiş evlərdən ibarət massivlər küçələrə bölünür, onlara elektrik xətləri, su, qaz çəkilir. əni, istəməsələr, həmin fərdi aşaış evlərini kommunal xidmətlərdən məhrum edərlər. Amma etmirlər, çünki bu gəlirli biznesin bitməsini istəmirlər, cazibədarlığını saxlayırlar. Redaksiyamıza daxil olan informasiyaya görə, bu sahədə korrupsiya və özbaşınalıq artıq o həddə çatıb ki, E.Salahov daha heç kəsə etibar etmədiyindən, şəxsən özü ərazilərə baxış keçirərək qanunsuz tikililəri müəyyənləşdirir.
Dövlətin rayon rəhbərinə verdiyi birinci tələb onun işlədiyi kadrlara etibar etməsi, güvənməsidir. Belə etibar yoxdusa, komanda işləyə bilməz. Görünür, E.Salahov "Abşeron" marketdə və "Bank Standart"da işləyən zaman  işçilərin çox əliəyriliyinin şahidi olub, ona görə də insanlara inamı itib. Özünə söz verib ki, heç kəsə, hətta keçmiş xeyirxahına da yaxşılıq eləməyin yeri yoxdur.(mediatv.az)    

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam