Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xəzər və Ağdam rayon başçıları arasında GƏRGİNLİK -İDDİA

Xəzər və Ağdam rayon başçıları arasında GƏRGİNLİK
Bir müdətdir rüşvət səs yazısı ilə ölkə mətbuatının gündəminə gələn Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla bağlı daha bir ilginc məlumat yayılıb

Yenixeber.org: Məlumata görə bu dəfə Vaqif Həsənova digər bir rayon icra başçısı tərəfindən “STOP” qoyulub. Məlumatda Ağdam icra başçısına stop qoyan digər başçının Xəzər rayon ica başçısı Elşən Salahov olduğu bildirilir.

Belə ki, icra başçısı Elşən Salahov Xəzər rayon icra hakimiyyətində çalışan məmurlara kemiş iş yoldaşları Vaqif Həsənovla hər hansı bir iş görülməməsi tapşırığı verib.

Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Xəzər rayon icra başçısının bu addımı atmasına səbəb Vaqif Həsənovun sui-istifadəçiliyi olub.

Belə ki, vaxtı ilə Xəzər rayon icra başçısının birinci müavini işləyən Vaqif Həsənov Ağdam rayonuna başçı vəzifəsinə təyinat aldıqdan sonra yenə də bu rayonda obyekt tikintisi, ev tikintisi, torpaq alqısı üçün sənədləşmə “işləri”ndən əl çəkməyibmiş. Daha doğrusu Vaqif Həsənov Ağdamda icra başçısı ola-ola yenə də keçmişdəki kimi “makler”liyi əldən buraxmayıb.

Məlumatda qeyd edilir ki, Vaqif Həsənov vaxtı ilə işlədiyi vəzifədən sui-istifadə edərək Xəzər rayonunda torpaq alqı-satqısı, ev tikintisinə icazə və sair işlərlə bağlı tez-tez keçmiş icra başçısı Gülağa İslamovdan xahiş edirmiş. Hətta icra başçısının bir neçə dəfə bəzi “böyük” məsələlərin həllinə görə Ağdamdan Bakıya - Xəzər rayonuna gələrək “işi yoluna qoymaq” üçün Gülağa İslamovun qəbuluna da düşübmüş.

Vaqif Həsənovun dəfələrlə Gülağa İslamovu “üz-gözdən salaraq” sənədlərinin icazəsini sabiq başçısından keçirtdirdiyi deyilir. Məlumatda son bir ayda Ağdam icra başçısının Xəzər rayonundakı “mekler”liyinə son qoyulduğu deyilir.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Vaqif Həsənovun rüşvət səs videosunun ölkə mətbuatında tirajlanmasından sonra Elşən Salahov Ağdam icra başçısına STOP qoyub. Məlumatda Xəzər rayon icra baçısının müavin və şöbə müdirlərinə Vaqif Həsənovla bundan sonra hər hansı bir iş görməmək tapşırığı verilib.

Məlumatda Elşən Salahovun bu tapşırığı ilə Ağdam icra başçısı Vaqif Həsənovun bütün arzularının “suya düşdüyü” iddia edilir. Çünki Vaqif Həsənov Elşən Salahovla birlikdə işləməsi və bundan sui-istifadə edərək köhnə işlərini davam etdirəcəyini düşünsə də hər şey tam tərsinə olub. (Qeyd edək ki, Vaqif Həsənov Xəzər rayon İcra başçısının birinci müavini işlədiyi dövrdə Elşən Salahov da Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Təsərrüfatı şöbəsinin müdiri işləyib).

Məlumatda Xəzər rayon icra başçısı Elşən Salahov Vaqif Həsənovun maklerliyinə son qoymaqla bərabər ona xəbər göndərib ki, bir daha hansısa bir sənədlərə, digər işlərə görə ona və işçilərinə yaxın gəlməsin, heç bir xahiş etməsin.

Qeyd edək ki, Vaqif Həsənov 2006-cı ildən 2011-ci ilə qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti başçısının müavini, 2013-cü ilə qədər Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-cü ildən 2018-ci ilə qədər isə birinci müavini vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.(milliyol) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam