Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Nar Wi-Fi” ilə sən harada, internet orada!-FOTO

 

Yay günlərində şəhərkənarı evdə istirahət edənlər, yaxud yeni mənzilə və ya ofisə köçənlər, evində ənənəvi internetə qoşula bilməyənlər “Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə edə bilirlər. Olduqları hər yerdə kəsintisiz və keyfiyyətli internetlə əhatə olunmaq istəyənlər sadəcə ruteri özləri ilə götürməlidirlər. Avadanlıq “Nar” LTE şəbəkəsinin əhatə olunduğu hər yerdə internetə çıxış əldə etmək imkanı verir. 

Yenixeber.org: Qeyd edək ki, “Nar Wi-Fi” cihazını abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq  işə düşür. “Nar Wi-Fi” ilə abunəçilərə 20 GB və 50 GB-lıq internet paketləri təqdim edilir.  Bu avadanlıq  sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə çıxış əldə edir. 

“Nar+” tətbiqi vasitəsilə cihazda cari paketin statusunu, hesab balansını yoxlamaq, eyni zamanda balansı artırmaq və yeni “Nar Wi-Fi” paketləri almaq mümkündür. Qurğu və tariflər haqqında daha ətraflı məlumatı https://www.nar.az/nar-wi-fi/ səhifəsindən əldə etmək olar. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam