Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Azərbaycan media azadlığı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə belə əməl edir-MÜSAHİBƏ

 

Yenixeber.org: Milli Mətbuat günü ərəfəsində Azərbaycanda media azadlığının vəziyyəti, media azadlığı ilə bağlı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri bir daha xatırlatmaq yerinə düşər. Məhz bu məqsədlə media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədliyə müraciət etmişik, ona suallar ünvanlamışıq.

***

 

Sual: Ələsgər bəy, mətbuatın ildönümü ərəfəsində xatırlatmaq yerinə düşər. Azərbaycan media ilə bağlı hansı beynəlxalq öhdəliklər götürüb, hansı beynəlxalq sənədlərə imza atıb?

Cavab: Azərbaycanın media iə bağlı beynəlxalq öhdəlikləri əsasən beynəlxalq müqavilələrə qoşulmaqla bağlıdır. Regional olan Avropa İnsan Hüquqları Konvensiyası və BMT-nin Mülki və Siyasi Hüquqlara dair Paktı var. Hər ikisini Azərbaycan öz qanunvericiliyi çərçivəsində Milli Məclisdə ratifikasiya edib və onların müddəaları daxili hüququn formalaşması üçün əsas öhdəlik hesab olunub. Bu da ondan ibarətdir ki, adıçəkilən konvensiyanın  10-cu və eyni zamanda paktın da 19-cu maddəsi ifadə azadlığını tənzimləyir. İfadə azadlığı həm də media azadlığını ehtiva edir. Çünki bunun mahiyyəti genişdir. Bütün medianın azadlığı, dövlətin mediaya qarışmama öhdəliyi, lisenziya üçün əvvəlcədən müəyyən olunmuş şərtlər və.s həmin sənədlərdə özünə yer tapır.

Sual: Azərbaycan həmin beynəlxalq öhdəliklərə əməl edirmi? Və ya hansına əməl edir, hansına əməl etmir, hansısa əməl etmiş kimi görünməyə çalışır? Azərbaycanda media qanunvericiliyi həmin beynəlxalq öhdəliklərə cavab verirmi? Media qanunvericiliyi dedikdə jurnalist və medianın fəaliyyətinə dair digər qanun və məcəllələrə edilən tənzimləmələri də nəzərdə tuturam.

Cavab: Azərbaycanın media sahəsində beynəlxalq öhdəliklərə əməl etməsini iki pillədə qiymətləndirmək olar. Birincisi, daxili qanunvericiliyin ona uyğunlaşdırılması, ikincisi, istər daxili, istərsə də beynəlxalq qanunvericiliyin praktikada tətbiqi. Bunun hər ikisi aspektindən bizdə xeyli problem var. Əvvəla baxmayaraq ki, Azərbaycanda Konstitusiyada ifadə və mətbuat azadlığı görüntü olaraq var. Yəni açıq şəkildə göstərilir ki, Azərbaycanda məlumat azadlığı var və KİV-in azadlığına dövlət təminat verir. Amma buna baxmayaraq KİV-in fəaliyyətini tənzimləyən qanunvericilikdə çox sayda məhdudlaşdırma var ki, bu nə Konvensiyanın 10-cu maddəsinin ikinci hissəsi ilə, nə də BMT-nin paktının 19-cu maddəsinin ikinci hissəsi ilə uyğunluq təşkil edir. Bu baxımdan qanunvericilikdə ciddi problemlər mövcuddur. Bununla bağlı biz mütəmadi olaraq mediada çıxışlar edirik. Praktikaya gəldikdə isə, burda da çox ciddi problemlər var. Praktikanın ən böyük problemlərini bizə Avropa Məhkəməsinin qərarları göstərir. Avropa Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarlarda biz görürük ki, çox sayda 10-cu maddənin pozuntusu tanınır və bu pozuntuların böyük bir hissəsi həm də tək qanunvericilikdən doğmur, həm də praktikadan doğur. Yəni yanlış tətbiqdən. Bu baxımdan yanaşsaq, istər hüquqi, istərsə də praktiki baxımdan Azərbaycanın beynəlxalq öhdəliklərə, yəni konvensional hüquqlara qoşulma ilə bağlı öhdəliklərə ciddi əməl etmədiyini görərik.

Sual: Azərbaycanda yeni media qanunu hazırlanır. Hələ ki, bu qanun layihəsi ilə bağlı məsələlər açıqlanmır, gizli saxlanılır. Ortalıqda məlum olan odur ki, yeni qanun layihəsində internet televiziyalarının lisenziyalaşdırılması, vahid vəsiqə, eləcə də sosial şəbəkələrə nəzarət məsələsi nəzərdə tutulub. Siz bizdən daha çox məlumatlısız qanun layihəsi ilə bağlı. Sizcə, bu qanun layihəsi media ilə bağlı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və standartlara cavab verəcəkmi?

Cavab: Ümumiyyətlə, media haqqında qanunun hazırlanması məsələsində ilk növbədə bunun üzərində dayanmağımız lazımdır ki, buna nə qədər ehtiyac var. Əgər məhdudlaşdırma məqsədi ilə yeni media qanunu hazırlanırsa, yeni qanuna ehtiyac yox idi. Çünki onsuz da qanunvericilik kifayət qədər məhdudlaşdırma xarakterdədir. Mövcud qanunlar və onlara sonradan edilən xeyli dəyişikliklər. Artıq demək olar ki, media azadlığını qanunvericilik bazasında görmək mümkün deyil. Hərbi vəziyyət və fövqəladı vəziyyətlərdə senzuranın tətbiqi, eyni zamanda KİV-in tənzimlənməsi ilə bağlı, İnformasiya və informasiyanın mühafizəsi haqqında qanuna gətirilən internet resurslarının bloklanması ilə bağlı müddəalar və.s. Yəni mövcud aspektdən baxsaq, əgər məhdudiyyət gətirmək niyyəti ilə qanun qəbul olunursa, dediyim kimi, buna ehtiyac yox idi. Amma söhbət yeni qanun layihəsinin müzakirəsindən gedirsə, əvvəla bir qanun layihəsi ortaya qoyular və ya hazırlanması ilə bağlı ictimai müzakirələr başlayar o çərçivədə iş aparılar. İndiki halda ictimai müzakirə qanun yaradılma prosesində yoxdur. Yəni burda cəmiyyət iştirak etmir. Hansısa qapalı qapılar arxasında layihə olduğu deyilir. İkincisi isə, onun mahiyyəti baxımından həmin layihədə nələrin olduğu təqdim olunmur.  Hansı ki, bu layihə hətta ictimaiyyət üçün açıq olmadan hazırlansa belə, nəticə etibarı ilə ictimaiyyətin müzakirəsinə verilmədən parlamentə təqdim edilməməlidir. Bunun heç biri təəssüf ki nəzərə alınmayıb. Əlbəttə ki, özlərinin ictimai müzakirələrə çıxardığı müəyyən məqamlar var. Bəzi internet televiziyalarının lisenziyalaşdırma, eyni zamanda vahid vəsiqə tətbiqi məsələləri kimi. Bunlar da onu göstərir ki, bu qanuna gətiriləcək müddəalar daha çox onlayn media azadlığının kontrola almaq təşəbbüsü və ya qayğısı ilə baş verir. Bu isə Azərbaycanın beynəlxalq öhdəliklərinə daban-dabana ziddir və ölkə ciddi şəkildə bu baxımdan beynəlxalq və ictimai qınağa tuş gələ bilər.

Sual: Hakimiyyət niyə mediaya öz işini normal, standartlara uyğun görməyə imkan vermir?

Cavab: Hakimiyyət mediaya öz işini normal, standartlara uyğun ona görə imkan vermir ki, medianın fəaliyyəti ictimai nəzarətdir. Və media sonuna qədər idarəetməyə ictimai nəzarəti həyata keçirə bilərsə, bu o deməkdir ki, ictimai nəzarət çərçivəsində  həm də pis idarəçiliyin açıq şəkildə ortaya çıxmasına media vəsilə olmuş olacaq. Hökumət isə ancaq onun yaxşılarının deyilməsini istəyir. Belə olan halda hökumətə tərəfli media lazımdır ki, onun təbliğatı ilə məşğul olsun, nəinki cəmiyyəti tərəfsiz, obyektiv məlumatlandırsın. Hökumətin media üzərindəki bütün oyunları və ya mediaya dəstək adı altında onu kontrol etmək, o cümlədən qanunvericiliyi modernləşdirmə adı altında onu yenə də qeyri-legitim məhdudlaşdırmaq istəyinin arxasında yatan məqsəd azad media mühitində idarəetməyə hazır olmamaqla bağlıdır. Əgər hökumət özünü azad medianın kontrolu altında bir idarəetmə formasında görmək istəsə, o zaman buna imkan verərdi. Bütün mediaya yönələn cəhdlər- basqıların, o cümlədən hüquqi nizamlama adı altında məhdudlaşdırmaların altında yatan məqsəd birmənalı olaraq medianın kontrolda saxlanması və medianın doğruları deyil, hökumətə lazım olanları işıqlandırmağa töhfə verməsidir. Əsas məqsəd budur.

Sual: Sizcə, Azərbaycan media azadlığına imkan vermək üçün, eləcə də üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün hansı addımlar atmalıdır?

Cavab: Burda çox şey demək olar. Təbii ki hakimiyyət dərk etməlidir ki, ölkədə azad media istəyirsə, ilk növbədə ona müdaxilə etməməlidir. Müxtəlif formalarda müdaxilələr bura daxildir. Siyasi, iqtisadi, hüquqi vasitələrlə olan müdaxilələr. Bunların heç biri baş verməməlidir. Medianın hüquqi tənzimlənməsi beynəlxalq standartlara uyğun həyata keçirilməlidir. Media sferasında dövlətin təsisçi olduğu və ya bəslədiyi media olmamalıdır. Çünki hökumət əgər bir medianı bəsləyirsə, burda həm də digərləri üçün bərabərsizlik yaradır və azad bazar mühitinin faktiki olaraq inkişafına mane olur. Azad reklam bazarına şərait yaradılmalıdır. Reklam işinə hökumət qarışmamalıdır. Təbii ki, bunun üçün orta və kiçik biznes inkişaf etmiş olmalıdır. Yəni bazar münasibətlərii sərbəst qurulmalıdır. Deməli, hökumətin həm də iqtisadiyyata müdaxilə etməsindən geri çəkilməsi vacibdir. Eyni zaman da əgər hökumət medianın inkişafını istəyirsə, müxtəlif media sektoruna gedən reklam gəlirlərini vergidən azad etməlidir və ya ödənilən vergini azaltmalıdır. Bu zaman mediada öz məhsul və xidmətlərini təqdim etmək üçün iqtisadi təşəbbüslər daha maraqlı olar.  Medianın iqtisadi dayanıqlığını təmin etmək üçün  gizli yolla arxa cibdən ötürülən pullar, o cümlədən birbaşa rəsmi şəkildə qrant və ya yardım şəklində verilən pullardan imtina olunmalıdır. Media bununla ələbaxımlı vəziyyətdə qalır və inkişaf edə bilmir. bunlar hamısı olarsa və bir də hökumət azad məhkəmə mühitinin təmin edə bilsə, o zaman ölkədə azad media olması mümkündür. Bunlar olmazsa, azad medianın olmasından danışmaq mümkün olmayacaq.(ASTNA ) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam