Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Günün xəbəri

Koreya və koreyalılar haqqında...

 

 

Yenixeber.org: Keçən dəfəki yazımda Cənubi Koreya ilə əlaqəli qısa bir məlumat vermiş və biraz da tarixi haqqda danışmışdım. 
Bəs hal-hazırda ölkədə sənaye, iqtisadiyyat, tədris və s. nə durumdadır? İndi bu məsələlərə az da olsa aydınlıq gətirək.
Əvvəlcə, onu deyək ki, Koreya savaşından sonra Cənubi Koreya çox kasıb bir ölkə durumuna düşdü. Ölkənin bu durumdan qurtulması üçün bir çox planlar quruldu. Nəticədə isə Cənubi Koreya günümüzdə dünyanın ən böyük 5-ci istehsalcı ölkəsi oldu. Həmçinin dünyanın ən böyük 6-cı avtomobil istehsalçısıdır. 
Kia, Samsung, LG, Hankook, Hyundaı, Asiana Airlines, Korean Air dünyaca məşhur Koreya markalarından sadəcə bəziləridir. 
Cənubi Koreya " Robot Texnologiyasında " dünyanın ən öndə gələn ölkələrindən biridir. Alimlər robotların 2025-ci ilə kimi insanlarla daha çox iş görə biləcəklərini deyirlər. Ölkədə təhsilə kömək üçün düzəldilmiş robotlar da var. Bu robotlar şagirdlərin ingiliscə öyrənməsinə də kömək edir. 
Cənubi Koreyada əhalinin yarısının soyadı Lee, Park və Kim-dir. Ölkənin pul vahidi won-dur. İnsanlar adları çətin tələffüz olunur deyə, özlərinə ingiliscə bir ad seçirlər. Ölkənin təhsil səviyyəsi çox yüksəkdir. Finlandiyadan sonra tədrisin ən güclü olduğu 2-ci ölkədir. Cənubi Koreya məktəblərində uşaqların xarici görünüşlərinə də hər-hansı bir dəyişiklik etməsi qadağandır. Yəni saçlarını boyaya bilməzlər, linza taxa bilməzlər və s. Əgər uşaqlar bunları etsə çox sərt cəza alırlar. 

2 insan arasında 1 yaş belə fərq varsa azyaşlı şəxsin, böyük şəxsə adı ilə səslənməsi hörmətsizlik kimi qəbul edilir.
İnsanlar daha çox yaşıdları ilə dost olurlar. 
Metrolarda hamilə qadınlar və yaşlı insanlar üçün xüsusi oturacaq yerləri var. Digər insanlar bu yerlər boş olsa belə, buraya oturmurlar. 
Böyüklərə hörmət də olduqca önəmli bir məqamdır. Belə ki, ailədə ən yaşlı olan insan yemək yeməyə başlamadan, masadakı heç kəs yemir. Eyni şəkildə yaşlı olan şəxs masadan qalxmadan heç kəs oradan ayrılmır. 
Qapalı yerlərdə siqaret çəkməyin qadağan olduğu kimi, küçədədə bu qadağandır. Siqaret çəkmək üçün xüsusi yerlər var ki, insanlar sadəcə oradan istifadə edirlər. Eyni zamanda şəhəri zibilləmək də qadağandır. 
Koreyalılar çox işkolik insanlardır. Belə ki, işləyən insanların hər gün sadəcə 5 saat yatdıqları müəyyən olunub.
Evlərə, bəzi restoranlara hətta məktəblərə belə ayaqqabı ilə girmək qadağandır.
Koreyalılar çox mədəni, qayda-qanuna riayət edən, hörmətli, ağıllı, çalışqan və saya bilməyəcəyim bir çox yaxşı xüsusiyyətlərə sahib olan insanlardır.
Aydan Salmanlı: X sinif şagirdi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam