Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

ÖLÜMÜN ÖLÜMSÜZLÜK ZİRVƏSİ -ŞƏHİDLİK

 

Şəhidlik- Vətən torpağının qorunmasıdır! Şəhidlik- Vətənə məhəbbətin ucalığıdır! Şəhidlik- qeyrətdir, namusdur! Şəhidlik- ölümün ölümsüzlük zirvəsidir! Şəhidlik- İlahi bir cəsurluqdur! Şəhidlik- Allah tərəfindən türk övladına verilmiş xöşbəxtlikdir! Dünyanın ən əziz bəndələridir Şəhidlər!

Yenixeber.org: Vətən müharibəsində iştirak edib mərdliklə, qəhrəmanlıqla vuruşub şəhid və qazi olan tanışların ovladları da var. Onların hər birinin qəhrəmanlığı bütün Azərbaycan ordusunun əsgərindən tutmuş zabitinə kimi məndə qürur və fərəh hissi  yaratdı. Və sinəm qabardı, illərlə yerə əyilən başım yerdən qalxdı, belim dikəldi. Qalib ölkənin qürurlu vətəndaşı kimi dik gəzməyə başladım. Bütün bunlara görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyeva və şanlı Azərbaycan ordusuna minnətdaram. Hərb tarixində çox sayda müharibələr olub. Amma 44 günlük müharibədə Azərbaycan ordusunun əldə etdiyi şanlı zəfəri heç bir ölkənin ordusu qazanmayıb. Qürur vericidir ki, dünyanın ən böyük ölkələrinin  orduları indi Azərbaycan ordusunun təcürbəsini öyrənirlər.

 44 günlük müharibənin zəfərində, əldə olunmasında topçu əsgər şəhid Mirsəfa Mircəlil oğlu Rzayevin də xidmətləri olub. Gəlin görək Mirsəfa Rzayev kimdir? Mirsəfa Rzayev 1995-ci ildə Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində anadan olub. Atasının diqqəti, anasının qayğısı ilə iməkləyə- iməkləyə, xırda- xırda addım ata- ata, yıxıla- dura böyüyüb  məktəb yaşına çatıb. Və anasının əlindən tutub Nəsimi rayonundakı 54 saylı tam orta məktəbinin birinci sinifinə gedib. Elə ilk günlərdən o, sinif yoldaşlarının və müəllimlərinin sevimlisinə çevrilib. Bu ta orta məktəbi bitirənə - 2012- ci ilə kimi davam edib. Orta məktəbi  bitirən Mirsəfa ali təhsil almaq üçün sənədlərini  Azərbaycan  Dəniz Akademiyasına verir. Və Gəmi mexanikası və elektromexanikası fakültəsinə daxil olur. Tələbəlik illəri bir- birini qova- qova başa çatır. Akademiyada təhsilini  uğurla başa vuran Mirsəfa Vətənə olan borcunu vermək üçün hərbi xidmətə çağrılır. Kədəbəydə xidmət edir. Nümünəvi xidmətinə görə dəfələrlə komandirləri tərəfindən mükafatlandırılır, əsgər yoldaşlarına nümunə göstərilir. Hərbi xidməti topçu kimi başa vuran Mirsəfa evlərinə dönür və bir neçə gündən sonra özünə iş axdarır. Anasının aldığı cüzü maaş ailənin ehtiyacını ödəmir. Ona görə də ailənin güzaranını yaxşılaşdırmaq üçün təklif olunan hər hansı bir işdə işləməyə razı olur. Doğrudur, işlədiyi iş heç də ürəyincə olmur. Ancaq  neyləməli? İşləyib anasını və özündən kiçik bacısını dolandırmalıdır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Mircəlil  Rzayev on il bundan qabaq xəstə olanda  onun əlindən tutub demişdi:- Oğlum, məni yaxşı- yaxşı dinlə, bu dünyaya gəlişimizin, bir gedişi də var.Ürəyimə damıb ki. mənim gedişim yaxınlaşır.önüm o tərəfədir. Maşallah, sən də artıq böyük oğlansan, məndən sonra bu evin kişisi sən olacaqsan. Ona görə də ailəni sənə tapşırıram. Anandan və bacından muğayat ol,hər işdə onlara arxa, dayaq dur, kömək elə. Atasının dediklərinə diqqətlə qulaq asan Mirsəfa başını tərpətməklə cavab verdi. Qəhər boğazında ilişib qalmışdı, dili söz tutmurdu.

  Müharibə ağır sözdü, müharibə ölümdü,itimdi, dağıntıdı, qandı, qadadı, bir sözlə həyatın sonudu. Ona görə də bu sözün özünü və onun törətdiyi müsübətləri görmək istəyən yoxdur. Amma yer üzərində bir millət var kı, bunsuz yaşaya bilmir. Harada yaşamağından asılı olmayaraq terror eləməklə, qan tökməklə ad çıxarıb. Elə düşünmən ki, bu millət döyüşkəndir, qorxmazdır. Xeyir, bu qətiyyən elə deyil. Onlar qorxaqdılar, xayindirlər, satqındılar, min üzlüdürlər, namətdirlər, yedikləri qaba tüpürəndilər. Bir sözlə insanlığa yaraşmayan bütün hərəkətləri bacarırlar. Haqsız dünyada özləri xasiyyətdə olan havadarları çoxdur. Bunlar yer üzərinə pərpötöyün toxumu kimi səpələnmiş qaraçı yaşayışlı haylardı.

 

Zaman- zaman bizimlə müharibələr aparan haylar keçən ilin 27 sentiyab tarixində növbəti müharibəni başladılar. Daha bıçaq sümüyə dirənmişdi. Dayanmaq, durmaq, ATƏT kimi geydirmə bir qurumun boşboğazlığını dinləmək, İllərlə kağız üzərində qalan BMT- nin 4 qətnaməsini n icrasını gözləmək olmazdı, bu sadəlövlük olardı.  Artıq hərəkətə keçmək, işğalçının dərsini vermək, mənəm- mənəm deyən ağzını qulağının dibinə kimi cırmaq vaxtı çatmışdı. Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyev orduya doğma torpaqlarımızın erməni işğalından azad olması əmri verdi. Uzun illər Ali Baş Komanın əmrini səbirsizliklə gözləyən xalq könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzürə Dövlət Xidmətinin rayon idarələrinin qabağına axşıdı. Hər kəs Vətən uğurunda qanından və canından keçməyə hazır olduğunu bildirdi. Xalqın birliyi ölkəni ayağa qaldırdı.

  Sevdiyi sənətin fanatı olan Mirsəfa altı ay idi ki, Bakı Beynəlxalq Dəniz Ticarət limanında öz ixtisası üzürə dispeçer vəzifəsində işləyirdi. Müharibə başlayan ərəfədə iş başında olan Mirsəfa  növbəni təhvil verib  evlərinə gələndə anası  çağrış vərəqəsini oğluna verdi. Səhər tezdən Mirsəfa çağrış məntəqəsinə yollandı. Oktyabrın 6-dan döyüş yolu Füzulu rayonunun işğalda olan kəndlərinin erməni quldurlarından təmizləməkdən başladı.  Ermənilərlə həyatda raslaşmasada, onların vəhşiliyindən, qəddarlığından, bizim torpaqlara çox uzaqlardan gəldiklərindən xəbərdar idi. Bu məlumatları atasının müharibə xatirələrindən və oxuduğu kitablardan bilirdi. Onu da bilirdiki ki, ermənilər Azərbaycanın tarixi torpaqlarını-  Dağlıq Qarabağı, onun  ətraf rayonlarını, anasının doğulub boya- başa çatdığı Qazax rayonunun bir neçə kəndini işğal ediblər, tarixdə görünməyən Xocalı və Bağanis Ayrım kimi soyqrımlarını törədiplər. Ermənilərin bütün bu qeyri- insani hərəkətlərini eşitməmək üçün özlərini karlığa, görməmək üçün isə korluğa qoyan beynəlxalq təşkilatlar və böyük- böyük ölkələr var. Bizim həqiqətimiz, ədalətimiz öz əlimizdədir, deyib igidlik və mərdliklə döyüşən Mirsəfa bir çox döyüş bölgələrində əbədi və əzəli düşmənimizə Azərbaycan oğullarının kimliyini göstərdi. O, düşmənin torpaqlarımızdan tamamilə qovulmasını və böyük ZƏFƏR gününün çatmasını səbirsizliklə gözləyirdi. Çox təəssüf ki, minlərlə igid, qəhraman əsgərlərimiz və zabitlərimiz kimi o, da o böyük günü görmədi. Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid oldu.Vətən müharibəsində göstərdiyi  igidliyə, qəhramanlığa görə zəhməti yüksək dəyərləndirildi,qiymətləndirildi. Ali Baş Komandanın əmrilə “Füzulinin azad olunmasına görə” və “Vətən uğurunda” medalları ilə təltif edildi.

 Mirsəfa Rzayev subay idi. Şəhid olmamışdan bir gün qabaq anası Emuliya xanıma zəng edib demişdi ki, ana, usta çağır evimizə əl gəzdirsin, əhd eləmişəm: Torpaqlarımızı erməni faşistlərindən azad eləyib qayıdan kimi evlənəcəm.  Amma igid əskər əhdinə əməl edə bilmədi. Anası qədər sevdiyi Vətəni yolunda Şəhid olub ölümsüzlüyə qovuşdu. Qaradağ rayonunda şəhidlərə layiq olmayan məlum məzarlıqda (18 nəfər)  dəfn olundu. Lakin sonralar şəhid valideyinlərinin narazılığı nəzərə alınaraq məzarların yeri dəyişdirildi. Millət vəkili Fazil Mustafanın təbrincə desək: “ ...yuxarıdakı və ya aşağıdakı bir neçə məmurun başıboş davranışından yaranan sıxıntını” dövlət  düzəltdi.

  Mirsəfa qohumlarla, qonşularla və eləcə də tanımadığı insanlarla ünsiyyət qurmağı, mehirban olmağı yaxşı bacararırdı. Mehirban, qayğıkeş  və qılıqlıydı. Anası Emuliya xanım deyir:  Üzbə- üz qonşuluğumuzda ondan bir neçə yaş böyük olan Novrus adlı bir dostu var.  Novruz əlildi, arabada gəzir. Mirsəfa onu çox istəyirdi. Siqarət alırdı,hətta dar macalda belə vaxt tapıb onu aparıb şəhərdə gəzdirirdi. Bundan rahatlanırdı, zövq alırdı. Mirsəfanın şəhidlik  xəbəri gələndə Novruz qədər bəlkə də ağlayan, yanan olmadı. Amma ağlamaqla, sızlamaqla onu və yüzlərlə şəhidlərimizi geri qaytarmaq mümkün deyil. Onlar ölüb ölümsüzlüyə qovuşdular,- deyə Emuliya xanım dəsmalıyla yanaqlarına süzülən göz yaşlarını sili.

Mirsəfa 1995-ci ilin 19 feralında doğulmuşdu. Yaşasaydı indi 26 yaşı tamam olacaydı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.

 

Məhərrəm şəmkirli

AYB-nin və AJB-nin üzvü  

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam