Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

QARABAĞLI FOND RƏHBƏRİ PREZİDENTLİK İDDİASINI ORTAYA QOYACAQMI? –"Qırmızı xətlər"i adlamış siyasətçi hələlik əmlakın qaytarılmasını tələb edir

Əziz Rzazadə

“Strateq”, 14.06.2020

 

Bir həftədir ki, sosial şəbəkələrin farsdilli kontentində “Bonyad-e Mostəzəfan” (“Məzlumlar Vəqfi”) Fondunun rəhbəri Seyyid Pərviz Fəttahın dövlət televiziyasına verdiyi müsahibə müzakirə olunur. Video epizodlar çılğın şərhlərlə paylaşılır. Rəylər əsasən, müsbət, təqdiredici olsa da, çap mediası və onlayn nəşrlər ideoloji baxışlara istinadla təhlillər aparır. Amma ümumi fikir budur: Pərviz Fəttah 2021-ci ilin prezident seçkilərində ən çox ehtimal olunan namizəddir.

 

“Qırmızı xətlər”i adlama

Yenixeber.org: O, İranda geniş yayılmış korrupsiyaya qarşı çıxış edərək bunun ləğvi üçün tədbirlər görəcəyini bildirib. Fond rəhbərinin avqustun 8-də efirə getmiş tənqidi qeydləri demək olar ki, son 40 ildə hər kəsi, bütün siyasi elitanı hədəfə alıb: mərhum eks-prezident Haşimi Rəfsəncanidən tutmuş Məsume Ebtekar, Qulaməli Həddad Adil və Əlirza Zakaniyə qədər. Üstəlik, ittihamların bir qismi orduya və İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK – “Sepah”) yönəlib.

Ard-arda təkziblər və şərhlər verilməzdən əvvəl Fəttah “Bonyad-e Mostəzəfan”a məxsus əmlakın ya mənimsənilməsi və ya kirayə haqqının ödənilməməsinə dair faktlar sadalayıb. Məsələn, Mahmud Əhmədinejada şifahi hücumlarda eks-prezidentin Fonda aid olan, Tehranın kübar Vələncək məhəlləsində 1800 kvadrat metrlik evi qaytarmamasını.

Fəttahın onu ittiham etməsi təəccüblü deyildi, Əhmədinejadın bostanına daş atmaq siyasi rəqiblər arasında adi haldır. Amma Fond rəhbəri “qırmızı xətləri” tam adlayaraq hətta Ayətullah Xamnəinin qudası, Müctəba Xamnəinin qayınatası və prezidentliyə potensial namizəd olan Qulaməli Həddad Adili də hədəfə alıb. Fond rəhbəri Həddad Adilin Fərhəng Liseyi üçün istifadə etdiyi binaya görə kirayə haqqı ödəmədiyini və binanın “Məzlumlar Vəqfi”nə məxsus olduğunu açıqlayıb.

“Həddad Adilə şifahi hücumlar, ehtimal ki, liseyə və ya siyasətçiyə ziyan vurmaq üçün deyil, sadəcə bu, Fəttahın digər potensial namizədlərin keçməyə cəsarət etməyəcəyi “qırmızı xətlər”i keçməyə hazır olduğunu göstərmək cəhdi ola bilər”, – deyə Ehsan Mehrabi bloqunda yazıb.

Bir sıra digər siyasi təhlilçilər də Fəttahın şərhlərini onun prezidentlik kampaniyasının başlanğıcı kimi səciyyələndirib. “Bunu 2021-ci il seçkiləri naminə etdiyimi söyləyirlər, – deyən Pərviz Fəttah daha sonra namizəd niyyətində olduğunu iddia edən şayiələri rədd edib: – Qoy bunu söyləsinlər, amma əmlakımızı hörmət-izzətlə qaytarsınlar”.

 

Hamı üçün “bizim adam”

Pərviz Fəttahın adı ilk dəfə 2017-ci il prezident seçkilərində potensial namizəd olaraq ortaya çıxıb. Ancaq seçki mövsümü başladıqda, Rəhbərin ona verdiyi rolu yüksək qiymətləndirdiyini və prezidentliyə namizəd olmayacağını bildirib.

O zaman Fond rəhbərinin irəli çıxması İbrahim Rəisi üçün kabus ola bilərdi. Fəttahın hətta əsas mühafizəkar qruplar, o cümlədən Əhmədinejadın tərəfdarları və müttəfiqləri arasında nüfuz sahibi olduğu deyilir. Son seçkidə Əhmədinejad hərəkatının maliyyə sponsorlarından biri olan Sadiq Məhsuli də, iddiaya görə, Pərviz Fəttahın dostudur.

“Məzlumların hamisi” 2005-ci ildə Əhmədinejad hökumətində energetika naziri olub. 2009-cu ildən sonra “Sepah”ın “Bonyad-e Təəvon” Vəqfinin (“Kooperasiya Fondu”) icraçı direktoru və İİKK-nin inşaat qurumu “Xatəmül-Ənbiya”nın komandan müavini vəzifələrini tutub.

İİKK ilə əlaqələrinə görə “Məzlumlar Vəqfi”nin 59 yaşlı rəhbəri 2010-cu ilin dekabrında ABŞ Dövlət Departamentinin sanksiya siyahısına da daxil edilib.

Vəqfə rəhbərlik etməzdən əvvəl Pərviz Fəttah İmdad Komitəsinin sədri idi. Bu qurum İranın ən yoxsul icmalarına yardım göstərir. Buna görə də, köhnə təcrübəi nəzəri olaraq Fəttahın ölkənin yalnız gündəlik ruzi barədə düşünən imtiyazsız insanları arasında geniş tanıdıb və onlar potensial prezidentliyə namizədi səsləri ilə təmin edə bilər.

Pərviz Fəttahın hətta indiki hökumətdəki bəzi islahatçılar arasında müttəfiqləri var. O, həmçinin 2018-ci ildə Ruhaninin yoxsulluğun aradan qaldırılması barədə verdiyi vədi yerinə yetirməyə müvəffəq olduğunu söyləyib.

 

Fondun qüdrəti

Dövlət TV-dəki son açıqlamalarından əvvəl də Fəttahın adı başlıqlara çıxıb. 2020-ci ilin aprel ayında bir televiziya proqramında Pərviz Fəttah bildirib: “Mən İnqilab Keşikçilərinin Kooperasiya Fondunda təmsil olunuram. Hacı Qasim yanıma gəldi və “Fatemiyun” Briqadasının maaşlarını ödəmək lazım olduğunu söyləyib kömək istədi. Yəni iş elə bir nöqtəyə gəlib-çıxmışdı ki, Hacı Qasim Süleymani ordusunun maaşlarını ödəyə bilmirdi. Dedi ki, əfqan qardaşlarımız bizdən kömək gözləyirlər”.

Bu, 1979-cu ilin martında İslam Respublikasının qurucusu Ayətullah Xomeyninin fərmanı ilə təsis olunmuş Fond rəhbərinin nüfuzunu göstərir. Pəhləvi ailəsinin və İnqilab Məhkəməsi ilə məzlumların nəfinə müsafdirə olunmuş digər şəxslərin ümumi əmlakı, Fəttahın elə son açıqlamasına əsasən, indi trilyonlarla tüman dəyərindədir.

Fondun ən son maliyyə hesabatı 2016-cı ildə şəffaflıq tapıb. 24.542 qeydə alınmış əmlaka sahib olan “Məzlumlar Vəqfi” İranın ikinci ən böyük iqtisadi qurumu və Yaxın Şərqdə yeganə ən böyük holdinqdir.

Fəttahın sözlərinə görə, 2019-cu ildə Vəqfin gəliri 36 trilyon tümən olub. Vəqfin Himayəçilər Şurasının üzvü Yəhya Ali-İshaqa inansaq, “Bonyad-e Mostəzəfan” İran ÜDM-nin təxminən 2 faizinə sahibdir. İran Statistika Mərkəzinin ən son hesabatına görə, 2019-cu ildə ÜDM 3,416 trilyon tümən olub. Əgər bu rəqəm doğrudursa, Vəqfin ÜDM-dəki payı təxminən 68 trilyon tümən, yaxud 3.2 milyard dollardır.

 

Rəqiblər və dabanbasdalama

Ayətullah Xamnəi son illər tez-tez İranın gələcək prezidentinin hökmən gənc hizbullahçının olmasına işarə edir. Buna görə də, indi baxışlar daha çox İran siyasətinin yenicə parlayan ulduzu Mehrdad Bəşrpaşa yönəlib.

30 yaşlı parlament üzvü və Hesablama Palatasının sədri, eyni zamanda”, “Vətən-e emruz” qəzetinin sahibi və Pərviz Həttah kimi, “Sepah”ın “Kooperasiya Vəqfi”nin təmsilçisi, sədr müavinidir. Üstəlik, hər ikisi eyni partiyada təmsil olunurlar – İslam İnqilabının Sabitlik Cəhbəsi – “Cəbhe-ye Paydari Enqeleb-e Eslami”.

Təcrübə sarıdan Pərviz Fəttaha daha ciddi rəqib İbrahim Rəisidir. Lakin bu günlərdə ölkənin Ali Rəhbərini seçən Ekspertlər Şurasında çıxış etmiş Rəisinin prezidentliyə çox da həvəsli olmadığı görünür. Məhkəmə hakimiyyətinin başçısı post-Xamnəi dövrünə ən əsas namizəd sayılır.

Bəlkə də, iddialarını boğub Rəisi gələn il prezidentliyə namizədliyini irəli sürəcək. Amma fələyin çarxı dönərsə, Xamnənin varisi olacağı an prezident kürsüsünü kimə təslim edəcək?

Pərviz Fəttahın hələlik ən iddialı namizəd olduğunu deyənlər bir məqmı da xüsusi vurğulayırlar: onun açıqlamaları haradasa Əhmədinejadın populist taktikasını xatırladır.

Yeri gəlmişkən, hər ikisi İran cəmiyyətinin aşağı təbəqlərində çox populyardır. Amma “Məzlumlar Vəqfi” başçısının bir gizli kartı da var: Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri yaxınlığındakı Qarabağ kəndində doğulmuş Pərviz Fəttah Azərbaycan türklərinin səsini qazanmağa ümid edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam