Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Paşinyan şərt qoyur?-AÇIQLAMA


 12-16 iyul hərbi “uğurlarından” ruhlanan Nikol Paşinyan iyulun 23-də bir sıra hay-küylü bəyanatlar verərək faktiki olaraq Bakının qarşısında şərt qoyub.

Yenixeber.org: Paşinyan hökumətin iclasında çıxış edərək deyib: “Biz uzun müddət Azərbaycanı bizimlə güc dilində və güc tətbiq etmək hədələrilə danışmamağa çağırdıq. İndi deyə bilərik ki, Ermənistan nəinki danışıqlar masası arxasındakı güc təhdidini dəf etdi, həm də döyüş meydanında nümayiş etdirdi ki, onlar əsassızdır və real qüvvələr nisbətini əks etdirmir. Real vəziyyət dedikdə, biz yalnız silahların və canlı qüvvənin sayını yox, həm də hər şeydən öncə hərəkətlərin keyfiyyətini və idarəetmə səviyyəsini nəzərdə tuturuq. İndi əminliklə deyə bilərik ki, Ermənistan Silahlı Qüvvələri, Ermənistan ordusu nəinki yüksək döyüş hazırlığı nümayiş etdirdi, həm də yüksək döyüş hazırlığına malik ən intellektual ordu reputasiyasını qazandı”.

Paşinyanın sözlərinə görə, iyul döyüşləri Ermənistanın mövqeyini möhkəmləndirib və o, aşağıdakı nəticələrə gəlir:

1. Ermənistan və Qarabağın ümumi təhlükəsizlik sistemi möhkəmləndirilməlidir;

2.  Qarabağ danışıqların tamhüquqlu tərəfi olmalıdır;

3. Azərbaycan güc tətbiqindən açıq şəkildə imtina etməli və antierməni ritorikasını dayandırmalıdır;

4. Əgər Azərbaycan öz maksimalist tələblərindən əl çəkməyə və məhdudiyyətsiz kompromisə getməyə hazırdırsa, danışıqların mənası olacaq. Qarabağın özünütəyin hüququnun tanınması, Ermənistan və Qarabağın təhlükəsizliyi güzəşt predmeti olmayacaq;

5. Azərbaycana silah göndərən ölkələr dərk etməlidirlər ki, bu silahların dinc əhaliyə qarşı tətbiq edilməsi cinayətdir, çünki belə təəssürat yaranır ki, Ermənistana və onun dinc əhalisinə qarşı təkcə Azərbaycan deyil, həm də öldürücü silahlar istehsal edən beynəlxalq korporasiyalar öz mütəxəssisləri ilə birlikdə vuruşurlar;

6. Barışığı kimin pozduğunu təsbit etməyə yönələn daimi nəzarət mexanizmlərini əhatə edən beynəlxalq monitorinq sisteminin tətbiqi zəruridir;

7. Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işi davam etdirəcək və Türkiyənin regionda sabitliyi pozmaq cəhdlərini qəti şəkildə rədd edir.

Rəsmi Bakı hələlik bu bəyanata münasibət bildirməyib.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam