Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

HEYKƏL QƏNİMLƏRİ MÜASİR KÖLƏLİYİN LƏĞVİNƏ LAQEYDDİR–40 milyon qulun taleyi BLM tərəfdarlarını maraqlandırmır

 

Cudit Berqman

“Gatestone Institute”, 27.06.2020

 

Yenixeber.org: Xəbər lentləri “Qaraların Həyatı Mühümdür” (Black Lives Matter – BLM) hərəkatı tərəfdarlarının qul tacirlərinin, qul sahiblərinin və tarixən köləliklə əlaqəli olduqları düşünülən hər kəsin heykəlini uçurması barədə xəbərlərlə dolub-daşır. Həqiqətən, İngiltərənin Bristol şəhərində qul taciri Edvard Kolstonun heykəli liman körpüsündən suya atılıb. Belçikada Kral Leopoldun abidəsi rənglənib.

Bu hərəkətlər bəzi yerli hakimiyyət orqanlarında, cari həssaslıqları nəzərə alaraq, bütün heykəllərin uçurulması düşüncəsi doğurub. London meri Sadiq Xan, məsələn, Böyük Britaniyanın paytaxtında heykəllər və küçə adları ilə bağlı xüsusu komissiya yaradıb.

Çoxdan ölmüş insanların köhnə heykəllərinə hücumun bu gün də əsarət altına olan milyonlarla zənci və zənci olmayan milyonlarla insana kömək edəcəyi güman edilir. Amma göründüyü kimi, BLM-in aktivistləri və onların tərəfdarları hazırda sayı təxminən 40 milyona yaxın olan müasir qulların acınacaqlı durumuna əhəmiyyət vermir. Müasir köləliyi ləğv etmək kimi çətin işə başlamaqdansa, Qərb tarixi abidələrini məhv etmək daha asandır və ehtimal ki, daha xoşdur.

İngiltərənin özündə müasir köləliyin təəccüblü silsiləsi var, amma daş və metal heykəllərə cəsarətlə hücum etdənlər buna məhəl qoymurlar. Hökumətin “Müasir köləlik haqqında – 2019” illik hesabatına görə, İngiltərədə ən az 13 min potensial köləlik qurbanı mövcuddur, baxmayaraq ki, bu rəqəm 2014-cü ilə aiddir və şübhəlidir. 2018-ci ilin Qlobal Köləlik İndeksinə görə, yalnız İngiltərədə təxminən 136 min insan müasir köləliyi yaşayır.

Böyük Britaniyadakı köləlik məcburi əmək, məişət və cinsi istismar şəklindədir. Albanlar və vyetnamlılar kölələrin əksəriyyətini təşkil edən qruplar arasındadır. Britaniya xəbər agentlikləri yetkinlik (18) yaşına çatmamış minlərcə vyetnamlının kannabis (marixuana) fermalarında qul kimi işləmək məcburiyyətində qalması, İngiltərəyə qaçırılaraq satılmasına dair xəbərləri dəfələrlə dərc edib. Bu xəbərlərdə “İngiltərənin 2.6 milyard funt sterlinqlik qara bazarını təmin edən geniş cinayətkar maşın”ın kiçik bir hissəsi əks olunub. Kannabis sənayesində işləmək məcburiyyətində olmayanlar “dırnaqtəmizləmə salonu, fahişəxana, bar və restoranlarda və ya fərdi mülklərdə ev dustaqlığında saxlanılırlar”.

Məsələn, yanvar ayında BBC xəbərlərində çinli bir dəstənin qaçırıraq İngiltərəyə gətirdiyi Ba adlı bir vyetnamlı oğlan haqqında əhvalat yayımlanıb, burada çinli patron onu ac qasxlayıb və işgəncə verib, nədir-nədir narkotik bitkilərindən biri çürüyüb.

BLM İngiltərədəki vyetnamlıların həyatı ilə maraqlanmaya bilər, axı onların hamısı yalnız qaraların həyatını mühüm sayır, bəs Afrikadakı qara kölələr necə? Məcburi əmək, məcburi cinsi istismar və məcburi evliliyi özündə cəmləşdirən “Qlobal Slavery Index”-ə (Qlobal Köləlik İndeksi) görə, hazırda Afrikada 9,2 milyon kişi, qadın və uşaq quldur.

“BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, transatlantik qul ticarətinin 350 illik dövrü ərzində tutulan və satılan insanların sayı bu gün məcburi xidmətdə olanların sayından üç qat azdır”, – deyə “Time” jurnalı 2019-cu ilin mart ayında məlumat verib. BƏT-in məlumatına görə, 25 milyon insan borc köləliyində və 15 milyon məcburi nikahdadır.

Müasir köləlik narkotik qaçaqmalçılığı və silah ticarəti ilə müqayisədə bir az gəlir gətir – illik təqribən 150 milyard dollar. 2018-ci ilin Qlobal Köləlik İndeksinə görə, “G-20 ölkələri hər il müasir köləliyin istehsal riski ilə təxminən 354 milyard dollar dəyərində məhsul idxal edir”.

2017-ci ildə Liviyadakı həqiqi qul hərracınıdan şok görüntülər ortaya çıxıb: CNN ərəbdilli kişilərin 12 nigeriyalını satdığı hadisəni sənədləşdirib. 2019-cu ildə “Time” jurnalı Avropaya gedən bir afrikalı mühacirin satılması haqqında reportaj dərc edib.

Seksual alveri müasir köləliyin əhəmiyyətli hissəsini təşkil edir. Məsələn, Nigeriya mafiyası, “Washington Post”-un 2019-cu il hesabatına görə, on minlərlə qadını satır. “Bəzi ekspertlər deyirlər ki, yetkinlik yaşına çatmayan 20 min nigeriyalı qadın 2016-2018-ci illər arasında məcburi Siciliyaya gətirilib”.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən 2017-ci ilin iyul tarixli bir hesabatına görə, Nigeriyadan gələn qızların 80 faizi (əksəriyyəti yetkinlik yaşına çatmayanlardır, sayı 2014-cü ildə 1.454, 2016-da 11.009 nəfər) cinsi istismar üçün insan alveri qurbanı olub.

Afrika qitəsinin bəzi yerlərində, xüsusən də Sahildə köləlik ənənəvi inkişaf etdirilir, baxmayaraq ki, rəsmən qadağan edilib. Mali və Mavritaniya kimi ölkələrdə nəsildən-nəslə ötürülən kasta əsaslı köləlik tətbiq olunur. 2013-cü ildə Malidə təqribən 250.000 insanın köləyə bənzər şəraitdə yaşadığı təxmin edilib. Mavritaniyada isə, 1981-ci ildə köləliyin rəsmi şəkildə qadağan olunmasına baxmayaraq, əhalinin 20% -ə qədəri quldur.

BLM, bir çox QHT rəhbərləri, universitet professorları, media, idman və mədəniyyət şəxsiyyətləri – hərəkata diz çökənlər onların taleyinə tamamilə laqeyddir. Bu, yalnız quldarlıq əleyhinə təşkilatlarda çalışan cəsarətli insanlardan başqa heç kəs üçün maraqlı deyil. Bunun əvəzinə, BLM və onun tərəfdarları küçələrin və universitetlərin adlarının dəyişdirilməsi və heykəllərin sökülməsi barədə sonsuz mübahisələr aparırlar. Bütün bu əyləncəli işlərlə məşğul olmaq, həqiqi köləliyin heyranedici 40 milyon qurbanına məhəl qoymamaqla, köləliyikdən yavaş-yavaş ölməkdə olanlara qarşı hədsiz təhqirdir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam