Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğanın heykəlini alan yoxdur

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın heykəlini sifarif edib sonra götürmədilər.

Xeberinfo.com:    Türkiyə mətbuatına istinadən xəbərə görə, Kocaeli şəhərində insan və heyvan heykəlləri düzəldən 55 yaşlı heykəltaraş Nuh Açın bir bələdiyyədən təxminən 2 ay öncə heykəlin sifarişini alıb. Emalatxanada bir aylıq işdən sonra sağ əlinin işarət barmağı ilə irəlini göstərən heykəl hazır olsa da, bələdiyyə sifariş etdiyi heykəllə maraqlanmayıb.

N.Açın 2 ton ağırlığında və 4 metr hündürülüyündə olan heykəli emalatxananın önündə bir yerə qoyub. Bələdiyyə maraqlanmasa da, yoldan keçənlər prezidentin abidəsi ilə xatirə şəkli çəkdirmək üçün hər gün sıraya düzülürlər.

Heykəltəraş isə sifarişin hansı bələdiyyə tərəfindən verildiyini açıqlamayıb.

“Heykəli tamamlayandan sonra çevrilişə cəhd oldu və ölkə qarışdı. Hamımız bundan çox məyus olduq. Bu hadisələrdən sonra heykəl məndə qaldı. Heç itirib-axtaran olmadı. Cümhurbaşqanımızın heykəlini almadılar. Heykəli emalatxananın önünə qoydum. Amma fotoşəkil çəkdirmək istəyənlər, onunla maraqlananlar çoxdur”, - deyə N.Açın bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam