Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğanın heykəli meydandan götürüldü

 

Ərdoğanın heykəli meydandan götürüldü

Xəbər verdiyimiz kimi, dünən Almaniyanın Uersbaden vilayətində polis bölməsinin qarşısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəli qoyulmuşdu.

Yenixeber.org: Heykəl şəhərdə böyük səs-küyə səbəb olub və geniş mübahisələr doğurub.

Həm Ərdoğana simpatiyası olanların, həm də ona qarşı çıxanların heykəlin ətrafına toplaşması şəhərdə təhlükəsizliyi təhdid altında qoyub. Alman Birliyi Meydanında ucaldılan heykəl hücuma məruz qaldıqdan sonra gecə oradan götürülüb.

Festival əsnasında insanların heykəllərinin ucaldılmasına icazə verildiyini, ancaq Ərdoğanın heykəlinin ucaldılacağı barədə məlumatsız olan şəhər bələdiyyəsi tvitterdən açıqlama verib:

“Şəhər bələdiyyə sədri Sven Qeriç və təhlükəsizlik müdiri Oliver Frans əyalət polis təşkilatı ilə birlikdə təhlükəsizliyi daha da çox təmin etmək üçün heykəlin götürülməsinə qərar verib. Bu qərar bələdiyyə məclisinin müzakirələrində əldə edilən nəticə ilə eynilik təşkil edir”.

Qeyd edək ki, şəhər polisi heykəlin ətrafında yaranan mübahisələrin silahlı insidentə çevrildiyini açıqlayıb.(publika)

Zümrüd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam