Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Çin ABŞ qarşısında şərt qoydu:  “Bütün tariflər ləğv edilməlidir”

 

Çin ABŞ qarşısında şərt qoydu: “Bütün tariflər ləğv edilməlidir”
Çin və ABŞ hər iki tərəfin maraqlarına və dünyanın ümidlərinə cavab verən ticarət sazişinin imzalanmasına nail olmaq üçün gecə-gündüz birgə çalışır
 Yenixeber.org: "Reuters” xəbər verir ki, bunu Çinin ticarət nazirinin müavini Van Şouven parlamentin ənənəvi illik yığıncağında bəyan edib. O, bildirib ki, hazırda amerikalı rəsmilərlə davam edən danışıqlar nikbinlik üçün əsas verir, lakin əldə ediləcək istənilən ticarət razılaşması bərabər və ədalətli olmalıdır. 

“Bir-birimizə qarşı əlavə gömrük rüsumlarının tətbiq edilməsi işçilər, fermerlər, ixracatçılar və istehsalçılara mənfi təsir edir. Bu, həm də investorların etimadını zədələyir və korporativ investisiya qərarlarını gecikdirir. İndi hər iki tərəfin iqtisadi və ticarət işçi qrupları ölkə rəhbərlərimizin müəyyənləşdirdikləri istiqamət və prinsiplərə uyğun razılaşmanın əldə edilməsi naminə danışıqlar aparmaq üçün böyük səy göstərirlər. Məqsəd Çinlə ABŞarasındakı ikitərəfli ticarət münasibətlərinin normallaşması üçün bir-birimizə qarşı tətbiq etdiyimiz bütün tarifləri ləğv etməkdir”, – Şouven vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam