Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Liderlər görüşə razılıq verdi, bəs sonra?

 

Ermənistan rəhbərliyinin radikal ritorikası konstruktiv dialoqu mümkünsüz edir; “Aprel sindromu” təkrarlana bilər; Tomas  de Vaal: “Xalqların barışığı üçün vaxt lazımdır...”

Yenixeber.org: Ötən həftəsonu bəlli oldu ki, Azərbaycan və Ermənistan rəhbərləri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan tezliklə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə görüşməyə razılıq veriblər. Bu barədə həmsədrlərin bəyanatında deyilirdi. Qeyd olunurdu ki, vasitəçilər fevralın 20-də İrəvanda Nikol Paşinyan və fevralın 21-də İlham Əliyevlə görüşüblər və görüşdə liderlərin yaxın gələcəkdə keçiriləcək görüşü, müzakirə oluna biləcək məsələlər diqqət mərkəzində olub.

Lakin görüşün dəqiq harada - Rusiyada, yoxsa digər iki həmsədr dövlətin (ABŞ, Fransa) ərazisində və ya hansısa Avropa şəhərində keçiriləcəyi məlum deyil. Belə bir görüş niyyətini keçən həftə İranda səfərdə olarkən N.Paşinyan da təsdiqləyib. Ancaq erməni baş nazir deyib ki, bu, gündəmsiz bir təmas olacaq.

Paşinyan Tehranda, eyni zamanda, ənənəvi mövqeyini təkrarlayaraq bəyan edib ki, o, danışıqlarda yalnız Ermənistanı təmsil edə bilər, “Dağlıq Qarabağın isə öz hökuməti var”. Bu “hökumət”in hansı səlahiyyət yiyəsi olduğunu və kimin əlində oyuncağa çevrildiyini isə Nikolun özü də yaxşı bilir. Odur ki, qənaət yaranır ki, belə yanaşma ilə o, sadəcə, vaxt udmağa və ölkəsi daxilində özünə qarşı təzyiqləri azaltmağa çalışır, nəinki özünün absurd tələbinin reallaşacağına inanır.    

*****

Ərazisinin 20%-i on illərdir erməni işğalı altında olan Azərbaycanı isə əlbəttə ki, Paşinyanın belə ikili oyunları qane edə bilməz. Qarabağa dair ya ciddi sülh prosesi başlayacaq, ya da müharibə qaçılmaz olacaq. Əfsus ki, erməni tərəfdən sülhü deyil, müharibəni yaxınlaşdıran açıqlamalar, absurd bəyanatlar verən təkcə Paşinyan deyil. Onun komanda üzvləri də ondan geri qalmırlar. O da diqqətçəkicidir ki, heç Serj Sərkisyanın və ya Robert Köçəryanın vaxtında erməni yetkililər belə başından yekə, özlərindən razı və həyasız bəyanatlar verməyiblər. 

Məsələn, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan ötən həftə işğal altındakı Füzuli rayonunda olub və oradan “bir qarış da torpağın Azərbaycana qaytarılmayacağını”, üstəlik, Araz boyu ərazilərdə məskunlaşdırma aparılacağını bildirib.

Belə bəyanatlar, şübhəsiz ki, Qarabağa dair danışıqları tam mənasız edir. Eyni zamanda, Bakı üçün güc variantını bütün ciddiliyi ilə gündəmə gətirir. Görünür, “məxməri inqilab”la eyforiyaya düşən və reallıq hissini itirən Nikol Paşinyan və komandasını özünə gətirmək üçün ona bir mini “aprel sindromu” yaşatmaq lazım gələcək...

*****

“2019-cu il Qarabağ üçün əvvəlki illərlə müqayisədə bir qədər pozitiv başladı. Ancaq realist olmaq, bundan çox şey gözləməmək lazımdır. Azərbaycan və Ermənistan cəmi üç il qabaq - 2016-cı ildə 4 günlük müharibə içindı olub. 2011-ci ildəki Kazan sammitindən sonra dinc danışıqlar prosesi faktiki, dayanmışdı. Bu gün biz danışıqların ilkin səviyyəyə qayıtmasından danışırıq. Daimi təmaslar hələ ki baş vermir, hansısa sıçrayışa isə hələ çox var”. 

“Yeni Müsavat”ın məlumatına görə, bunu “Eurasiya Diary” portalına müsahibəsində britaniyalı analitik və yazısı-publisist Tomas de Vaal Dağlıq Qarabağ konflikti ətrafında son durumu və sülh danışıqlarının perspektivini şərh edərkən deyib.

Tomas  de Vaal ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanın bütün əvvəlki liderlərindən fərqlənir: “Əvvəla, o, səmimi şəkildə cəmiyyətlə dialoq aparmaq və sadə xalqın fikrini bilmək istəyir. İkincisi, o əslən İrəvandandır, əvvəlki iki prezident kimi Dağlıq Qarabağdan yox. Ona görə də ona Qarabağ ermənilərinin adından danışmaq daha çətindir. Qarabağda isə ”hakimiyyət"də köhnə siyasi rejimdir - hansını ki, heç cür Nikol Paşinyana sadiq müttəfiq adlandırmaq olmaz. Danışıqlara fərqli yanaşmanı bununla izah eləmək olar. Paşinyan debatların formatını dəyişməyə hazırdır, ancaq tələsmək istəmir. O, açıq şəkildə bəyan edir və istəyir ki, 1990-cı illərdəki kimi, Qarabağ erməniləri danışıqlar prosesinin bir hissəsi olsun. Mənə elə gəlir ki, o, vaxt udmaq üçün belə mövqe tutub. Hazırda ondan ötrü Ermənistanın daxili problemlərin həlli daha vacibdir. Başqa yandan, Paşinyan öz mövqeyində tamamilə səmimidir. Mən əminım ki, Nikol Paşinyan Ermənistanın istənilən lideri kimi Qarabağ konfliktində kompromis zəruriliyini başa düşür. Ancaq əvvəlcə o, problemin erməni cəmiyyəti daxilində müzakirəsini istəyir, sonra isə Qarabağ ermənilərini əmin eləmək istəyir ki, onları xoşlamadıqları qərarlara məcbur etməyəcək".

Azərbaycanın mövqeyinə gəlincə, Tomas de Vaal Bakının mövqeyinin dəyişməz qaldığını deyib: “Ancaq Bakı axır vaxtlar danışıqların detallarına yanaşmada öz nəzər-nöqtəsini yumşaldıb ki, Paşinyana özünü göstərmək üçün şans versin. Ən ciddi addım isə odur ki, Azərbaycan iki tərəfin hərbi komandirləri arasında ”qaynar xətt"in yaradılmasına razılıq verib. Bunun hesabına təmas xəttində situasiya daha proqnoza yatımlı olacaq və daha çox sayda gənc əsgərin həyatı qorunacaq".

Bununla belə, britaniyalı analitik o qənaətdədir ki, iki tərəfin siyasi mövqeyi dəyişməz olaraq qalır. “Ona görə də yaxın zamanlarda çətin ki, biz siyasi məsələlər üzrə hansısa inkişafın şahidi olaq. Barışıq üçün vaxt lazımdır, cəmiyyətlər dəyişməlidir. Nə vaxt ki, keçmiş düşmən konflikt zamanı qarşı tərəfə çəkdirdiyi iztirablara görə təəssüf ifadə edir, bu, artıq onun əlamətidir ki, dəyişiklik baş verib. Ancaq bu konfliktin həllinə hələ çox var”, - deyə o əlavə edib.

*****

Qarabağ münaqişəsinin tarixi və səbəbləri ilə yaxşı tanış olan britaniyalı analitikin son qənaəti ilə razılaşmaq da olar. Ancaq fors-major vəziyyət deyilən anlayış da var - nə barədə ki, Tomas de Vaal nədənsə danışmaq istəməyib. Bu da ondan ibarətdir ki, Azərbaycan əlverişli geosiyasi şərait yetişın kimi özünün beynəlxalq miqyasda tanınmış ərazilərini qısa zamanda güc yolu ilə işğaldan azad edəcək - nəticəsiz danışıqlara paralel olaraq. Ondan sonra Ermənistan istəyər Azərbaycanla barışar, istəməz acınacaqlı durumda, blokada şəraitində qalmaqda davam edər.

Dağlıq Qarabağ erməniləri isə Azərbaycan vətəndaşlarıdır. Onlar bunu qəbul edərsə, o zaman problem yoxdur, Azərbaycan dövlətinin zəmanəti altında, təhlükəsiz yaşaya bilərlər. Əks halda, çıxıb getmək üçün yol açıq olacaq - təbii ki, xalqımıza qarşı hərbi cinayətlər törətmiş erməni canilər istisna olmaqla...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam