Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

RUSİYA CADUGƏRLƏRİ PUTİNƏ GÖRƏ TOPLANDI- "Magiyanın dəstəyinə böyük ehtiyacı var"+VİDEO

Moskvanın mərkəzində yerləşən mülklərin birində qeyri-adi mərasim keçirilib. Bir qrup yerli cadugər bir araya gələrək Rusiya prezidenti Vladimir Putinə qarşıdakı prezident seçkiləri ilə bağlı dəstək nümayiş etdirib.

Yenixeber.org: Xanımlardan ibarət dəstə “Güclü cadugərlər imperiyası” adı altında fəaliyyət göstərən təşkilatın üzvləridir. Mərasim boyunca Putinin bir portreti belə, gözə dəyməyib. Qara geyimli və əllərində kitab tutan qadınlar dəstə başçısı Alyona Polının rəhbərliyi altında sehr oxuyublar.

“Eşidən və eşitməyənlər, görən və görməyənlər, var olmuş, var olan və var olacaqlar mənim sözümü unutmayacaq. Mənim sözüm vasitəsilə Rusiya hakimiyyətinin gücünün böyüklüyünü artır, Vladimir Putinin yolunu doğru yönləndir! Rusiyanın gücü möhkəmlənsin, Vladimir Putin doğru yolları görsün! “, – deyə oxunan sehrlərin birində deyilib.

Cadugərlər hesab edirlər ki, ötən prezident seçkilərində Vladimir Putin səslərin 77 faizini qazansa da, magiyanın dəstəyinə böyük ehtiyacı var.

Alyona Polın

 

“Güclü cadugərlər imperiyası”nın qurucusu Alyona Polın deyir ki, bu ayin Rusiyanın xeyrinə keçirilir, prezident isə ölkənin əsas simasıdır.

Təşkilatın üzvlərindən olan Yuliana Zolotnitskaya əmindir ki, Rusiya hökumətini, ilk növbədə də Vladimir Putini mütləq şəkildə dəstəkləmək lazımdır.

“Ölkədə ağır şərait hökm sürür. Biz sahib olduğumuz qüvvələrlə prezidenti dəstəkləmək istəyirik”, – deyə başqa bir cadugər İrina bildirib.

“Şərait niyə ağırdır və Putin kimə qarşı mübarizə aparır?” sualına isə İrinanın cavabı belə olub: “Ona hücum edən hər kəslə. Və biz də istəyirik ki, bu bədxahlar sussunlar”.

Mərasimdə Putinin bədxahlarına və düşmənlərinə lənət oxumaq da yaddan çıxmayıb: “Bizə pisliklə gələnlər, bizdən pisliklə gedənlər, ziyan vuranlar və şər danışanlar… Əbədi və sonsuz düşmənlər lənətə gəlsin!”.

Düşmənin kim olduğunu isə ayin iştirakçıları açıqlaya bilməyiblər.

Alyona Polın onu da bildirib ki, mərasimin tarixi, saatı və yeri xüsusi olaraq seçilib: “Hər şey detallara qədər hesablanıb ki, enerji düzgün getsin. Bu enerji yer üzündə həyat səviyyəsinin Rusiya vasitəsilə yaxşılaşmasına yönəlib”.

Cadugərlər əmindilər ki, mərasimdə oxunan sehrlər Putinin gücünü mütləq şəkildə artıracaq.(Strateq.az)

Hazırladı: G.Hüseynova

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam