Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

50 meqaşirkətin maraqları və Con Kennedi NÜMUNƏSİ:Trampın şahzadə qərarında SENSASİYALI DETALLAR

 

50 meqaşirkətin maraqları və Con Kennedi NÜMUNƏSİ: Trampın şahzadə qərarında SENSASİYALI DETALLAR

ABŞ-da “vəliəhd üsyanı” hər keçən gün daha da alovlanır. Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana toz qondurmayan ABŞ prezidenti Donald Trampa olan qəzəb pik nöqtədədir.

 Yenixeber.org: Bu sözləri Türkiyənin “Sabah” qəzetinin yazarı Bercan Tutar bildirib.

“Başda demokratlar və respublikaçılardan olan siyasilər olmaqla, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri “Ərəbistana sanksiyalar olmayacaq”, “ABŞ maraqları insan hüquqlarından öndədir”, “Mən 100 milyard dollardan imtina edə bilmərəm” deyən Trampa qəzəblidirlər. Trampa qarşı çıxanların karvanına kəşfiyyat səlahiyyətliləri də qatıldı. Bu, olduqca təbiidir, çünki ABŞ prezidentinin “MKİ-nin əlində dəqiq heç nə yoxdur” deməsi qurumu və əməkdaşlarını rüsvay etmək idi. MKİ-nin keçmiş rəhbərlərindən olan Con Brennan Konqresdə çağırış edərək Trampın diqqətə almadığı MKİ səlahiyyətliləri ilə gizli bir toplantının keçirilməsini istədi. Bəzi kəşfiyyatçılar da Trampun ifadələrini “xəyanət” olaraq xarakterizə etdi”, - o yazıb.

Yazarın sözlərinə görə, Tramp bütün bunlara baxmayaraq, ondan gözlənilənləri edir:

“Trampın bir ABŞ prezidenti kimi deyil, bir müharibə CEO-su kimi hərəkət etməsi bu üzdəndir. Unutmayaq ki, ABŞ Müdafiə Nazirliyinin 2018-ci il üçün müəyəyn edilən 700 milyard dollarlıq böyük büdcəsinin əksər hissəsi “Halliburton”, “Booz”, “Allen Hamilton”, “CACİ”, “General Atomics”, “L-3 Communications”, “SAIC (Leidos)” və “Boeing” kimi 50-yə qədər silah şirkətinə gedir. ABŞ-ın müharibədən asılı bir ölkə olduğu faktını gözardı etməmək lazımdır. 1776-cı ildə qurulan ABŞ-ın 242 illik tarixinin 225 ili, yəni, tarixinin 93 faizi müharibələrlə keçib. Savaşmayan bir prezident yoxdur. Əgər ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq etsə, vəliəhd şahzadə ilə birlikdə o da gedər. Aqibəti Con Kennedidən fərqli olmayacaqdır. Onilliklər ərzində Amerika siyasətinin kökündə müharibə lobbisinin meqa şirkətləri oturub. Pentaqon ilə müharibə lobbisinin əlaqələr tərzi siyasət və iqtisadiyyatın hər bir sahəsini yönləndirir”.

Bercan Tutar qeyd edir ki, bunun fərqində olan Tramp, “Hər şeydən əvvəl Amerika!” şüarının əvəzinə bu günlərdə “Hər şeydən əvvəl Səudiyyə Ərəbistanı” deməyə başlayıb.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam