Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Səudiyyə şahzadəsi gizli görüşdə Trampa ULTİMATUM göndərdi:"İcazə verməyəcəm"

Səudiyyə şahzadəsi gizli görüşdə Trampa ULTİMATUM göndərdi: "İcazə verməyəcəm"

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ötən həftə paytaxt Riyadda ABŞ hökumətinə yaxın bir qrup amerikalı yevangelist (xristianlığı yayan şəxslər) ilə toplantıya qatılıb.

Yenixeber.org: Şahzadə Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanının Baş Konsulluğunda müəmmalı şəkildə qətlə yetirilən ərəbistanlı jurnalist Camal Qaşıqçının qatillərini cəzalandıracağını bildirib və bununla ABŞ-a özünü xoş göstərməyə çalışıb.

Bu iddialar Amerikanın “Aksion” xəbər saytına məxsusdur. Saytın verdiyi məlumata görə, şahzadə yevangelistlərin liderlərindən rica edib ki, bu hadisəyə dair diqqətlərin İranın üzərindən götürülməsinə icazə verilməsin.

Şahzadə ilə amerikalı dindarlar arasında baş tutan görüşün İsrail və ABŞ vətəndaşlığı olan, daha öncə İsrailin baş naziri Benyamin Netanyahunun məsləhətçisi kimi işləyən yevangelist Coel Rozenverq tərəfindən təşkil edildiyi bildirilir.

“Aksiona” müsahibə verən Rozenberq toplantı əsnasında səudiyyəli şahzadənin tez-tez Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə, İran və Rusiyanı tənqid etdiyini deyib.

Xəbərə görə, Məhəmməd ibn Salman amerikalılarla görüşdən ABŞ prezidenti Donald Trampa mesaj göndərmək üçün şərait olaraq istifadə edib:

“Şahzadənin iki mesajı vardı: Qaşıqçı cinayətinin qəbuledilməz olduğunu söyləyirdi və “Səudiyyə Ərəbistanı xalqının rifahını yaxşılaşdırmaq, “bizi İran, Müsəlman Qardaşlar, Əl-Qaidə, İŞİD terror təşkilatları kimi düşmənlərimizə qarşı qoruyacaq islahatlar həyata keçirmək mövzusunda mənə əngəl olacaqlarına icazə vermərəm” deyirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam