Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Türkiyə bütün planı ALT-ÜST ETDİ: İsrail və Səudiyyə ŞOKDA

 

Türkiyə bütün planı ALT-ÜST ETDİ: İsrail və Səudiyyə ŞOKDA

“ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner İsrail və Səudiyyə Ərəbistanı koalisiyasına başçılıq edir”.

Yenixeber.org: Bu sözləri Türkiyənin “Xəbər7” qəzetinin köşə yazarı Taha Dağlı öz məqaləsində qeyd edib.

Məqalədə İsrailin baş naziri Benyamin Netanyahunun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı “yaşananalar qorxuncdur, amma Səudiyyə Ərəbistanın sabitliyi daha önəmlidir” açıqlaması təhlil edilib və baş nazirin bu açıqlamanı vermə səbəbi ilə bağlı şok iddialar ortaya atılıb.

Müəllif qeyd edib ki, bu ölkələr arasında heç bir diplomatik münasibət və əlaqə olmadığı halda İsrail Səudiyyə Ərəbistanının təhlükəsizliyi və sabitliyini müdafiə edir: "Lakin Netanyahunun maraq dairəsində olan Birləşmiş Ərəb Əmirlikləri ilə olan ortaqlığıdır. Adıçəkilən dövlətlərin başçılıq etdiyi bu qrupun bu ortaqları da var – ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman. Bu qrupun bir istiqaməti var və Trampın kürəkəni tərəfindən idarə edilirlər. Səudiyyə Ərəbistanını da vəliəhd vasitəsilə nəzarət altına almağa cəhd göstərirlər. Bu istiqamətdə İsrail-BƏƏ cütlüyünün istifadə etdiyi bəzi üsullar var. Bu üsullara pul və güc vədi də daxildir. Koalisiya texnoloji kəşfiyyat vasitələrini hərəkətə keçirib hədəfində olan ölkəyə düşmənlərini və dostlarını, gizli şəkildə gördüyü işləri göstərir və şantaj yolu ilə istədiyini ələ keçirir. Ərəbistanlı jurnalist Camal Qaşıqçı cinayəti də məhz bu üsullar vasitəsilə işlənilib və şantaj olaraq istifadə edilib. Lakin koalisiyanın nəzərə almadığı bir şey ortaya çıxıb: Türkiyəni bu pusqunun içinə qatıb günahlandırmaq niyyətində ikən, Türkiyə masanı tərsinə çevirib. Netanyahu da o “masanın” altında qalıb. Qaşıqçı böhranında ən son danışan İsrail oldu. Başından bəri heç danışmayan isə Birləşmiş Ərəb Əmirlikləridir. BƏƏ-dən isə İsrailin çıxışı tipində bir yanaşma gözlənilir. Çünki Türkiyə bütün şəbəkəni deşifrə etdi. Qaşıqçı cinayətində barmağı olanların hamısını ortaya qoydu. Buna görə də İsrailin baş naziri Səudiyyə Ərəbistanının suverenliyindən bəhs etməyə başlayıb. Müsəlmanların üçüncü müqəddəs məkanı olan Əqsa məscidini işğal edib sinaqoqa çevirmək niyyətində olan İsrailin Səudiyyə Ərəbistanını müdafiə etmək niyyəti Türkiyənin öldürücü həmlələrindən sonar daha yaxşı anlaşılır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam